13 Noyabr 2025 08:15
314
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq nüfuzu yüksək olan ölkədir

Azərbaycan beynəlxalq nüfuzu yüksək olan ölkədir


Bu, dünya dövlətləri tərəfindən də dəyərləndirilir 


Müasir tariximizin ən şanlı, qürurlu səhifəsini - Zəfər Gününün beşinci ildönümünü böyük təntənə ilə qeyd etdik. Beş il əvvəl - 2020-ci ilin payızında baş verən Vətən müharibəsində Azərbaycan xalqı otuzillik işğala son qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, sərkərdəliyi ilə qəhrəman Azərbaycan Ordusu 1990-cı illərdə Ermənistanın qəsb etdiyi ərazilərimizi - Qarabağı və Şərqi Zəngəzuru azad etdi. 

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında isə müzəffər ordumuz növbəti qələbəsi ilə ədalətsizliyi birdəfəlik aradan qaldırdı. Qarabağı tərk etməmiş, torpaqlarımızda təxribat və terror əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Hərbi gücü, peşəkarlığı ilə yenidən qəhrəmanlıq salnaməsi yazan rəşadətli Azərbaycan Ordusu ölkəmizin  suverenliyini tam bərpa etdi. Tarixlərin şahidi olan, bu ulu xalqın, qalib dövlətin üçrəngli, ay-ulduzlu bayrağı Azərbaycanın bütün ərazilərində ucaldılaraq əzəmətlə dalğalandı.

Artıq beş ildir ki, zəfərimizi bayram edirik. Bu böyük tarixi hadisənin ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilir. Noyabrın 8-də keçirilən, Azərbaycan Ordusunun Ermənistan üzərində qazandığı Qələbənin beş illiyinə həsr olunmuş möhtəşəm Hərbi parad isə yalnız bir hərbi tədbir deyil, eyni zamanda xalqımızın sevincini, qürurunu, dövlətimizin gücünü, eləcə də qardaşlıq birliyimizin simvolunu əks etdirən tarixi hadisəyə çevrildi.

Prezident İlham Əliyevin hərbi paradda  çıxışında bildirdiyi kimi: "Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün "Böyük qayıdış" proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır".

İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda "Böyük qayıdış" proqramı çərçivəsində həyata keçirilən tikinti, bərpa işləri sürətlə davam etdirilir və işğalçıların otuz ilə yaxın dağıtdıqları, yerlə yeksan etdikləri, xarabaya çevirdikləri ərazilərimiz abadlaşdırılır.

Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan regionun inkişafında, sülh və sabitliyin möhkəmlənməsində mühüm rol oynayır. Uğurlu xarici siyasəti sayəsində dövlətimizin nüfuzu dünyada gündən-günə güclənir. Bunu böyük qürurumuz olan 8 Noyabr - Zəfər Günü ərəfəsində dövlətimizin başçısı İlham Əliyevə ayrı-ayrı ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən göndərilən təbrik məktubları da bir daha təsdiq edir.

8 Noyabr - Zəfər Günü münasibətilə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandan dövlətimizin başçısı 

İlham Əliyevə gələn məktubda qeyd olunub ki, azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir: "Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir".

Rəcəb Tayyib Ərdoğan təbrik məktubunda "Bir millət, iki dövlət" prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimizin və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımızın keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam etdiyini, güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətlərimizin və bütün sahələrdə nümayiş etdirdiyimiz xüsusi əməkdaşlığın regional sülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinə çevrildiyini diqqətə çatdırıb: "Şübhəsiz ki, Sizin müdrik rəhbərliyinizlə Can Azərbaycanın əldə etdiyi nailiyyətlər bundan sonra da regionumuzun çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcəkdir".

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulayıb: "Bu gün zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır".

Pakistan Prezidenti bu il Qələbə Gününün qeyd olunmasının Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Qeyd edib ki, bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.

Ölkəmizin şanlı bayramı - Zəfər Günü münasibətilə dövlətimzin başçısı İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev vurğulayıb ki, bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. 

"Son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk", - Özbəkistan Prezidentinin təbrik məktubunda bildirilib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Æomart Tokayevin dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda bu əlamətdar tarixin müasir Azərbaycan tarixində xüsusi yer tutduğu, Azərbaycan xalqının ədalətə, sülhə və birliyə sarsılmaz iradəsini, suverenlik və müstəqillik prinsiplərinə möhkəm sadiqliyini təcəssüm etdirdiyi vurğulanıb: "Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyiniz strateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğu salnaməsində davamlı və yaradıcı tərəqqinin yeni səhifəsini açmışdır.

Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş siyasətiniz beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq geniş dəstək qazanmışdır. Çünki bu siyasət uzunmüddətli əməkdaşlıq, qarşılıqlı etimad və bütün regionun davamlı inkişafı üçün əlverişli şərait yaradır".

ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik təbrik məktubunda vurğulayıb ki, bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də ədalətin təntənəsi və Cənubi Qafqazda sülh, inkişaf və yenidənqurma sahələrində yeni bir dövrün başlanması ilə əlamətdardır: "Ərazilərin azad edilməsi xüsusən də Azərbaycan xalqının və bütün islam dünyasının kimliyini, mənəvi dəyərlərini təmsil edən mədəni irs sahəsində mühüm bərpa prosesinə yol açmışdır".

Azərbaycanın Zəfər Gününün beşinci ildönümü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubu göndərən qardaş Qırğız Respublikasının Prezidenti Sadır Æaparov, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Æelko Komşiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Æelka Tsviyanoviç, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycanın bu tarixi qələbəsi münasibətilə xoş arzularını ifadə ediblər.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!