01 Sentyabr 2022 00:35
784
Elm və texnika
A- A+

AZAL rəsmi saytın yenilənmiş versiyasını təqdim edib

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı www.azal.az rəsmi saytının yenilənmiş versiyasını istifadəyə verib.
Yeni saytın naviqasiyası istifadə sadəliyi, funksionallığı ilə fərqlənir, bütün sayt ziyarətçilərinə və sərnişinlərə lazım olan məlumatların axtarışına sərf edilən vaxtın azaldılmasına imkan verir. Sayt həmçinin daha rahat interfeys və müasir dizayn ilə tərtib edilib.
Aviabiletlərin əldə edilməsinin bütün prosedurları tam optimallaşdırılıb. Yeni sayt  maksimal dərəcədə sürətli və səmərəli alətə çevrilmişdir,  onun sayəsində sərnişinlər təxsisetməni idarə edə və onlayn qeydiyyatdan (reysin uçuşundan 24 saat əvvəl açılır) keçə bilərlər.
Burada həmçinin daşıma qaydaları, COVID-19 pandemiyası dövründə aviaşirkətin reyslər yerinə yetirdiyi ölkələrə giriş qaydaları haqqında aktual məlumatlar yerləşdirilib.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin saytında aviaşirkətə tez-tez verilən suallara cavablar ilə məlumat  bölməsi də təqdim edilib.
"Azərbaycan Hava Yolları"nın sosial şəbəkələrdəki rəsmi səhifələrində xəbərləri və yenilikləri izləmək olar:

* facebook.com/AzerbaijanAirlines
* instagram.com/azerbaijanairlines
* t.me/azerbaijanairlines
* twitter.com/AzalOfficial
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video