Avstraliyanın briqada generalı Azərbaycan Ordusunun peşəkar hazırlığını nümunə göstərib
Avstraliya Ordu Qərargahının Gələcək Quru Qoşunları Müharibəsi bölməsinin baş direktoru, briqada generalı İan Langford Avstraliya Müdafiə Jurnalının təşkil etdiyi konqresdə çıxışı zamanı Azərbaycan Ordusunun peşəkar hazırlığına xüsusi diqqət çəkib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “researchcentre.army.gov.au” və “aspistrategist.org.au” saytlarında dərc edilən məqalələrdə ətraflı məlumat verilir.
Briqada generalı Avstraliya Ordusunun yüksək təhlükə şəraitində döyüş əməliyyatlarının aparılması ilə bağlı quru qüvvələri haqqında geniş təqdimatında digər ölkələrin təcrübəsini misal gətirib. İan Langford Azərbaycan Ordusunun 2020-ci ildə yaxşı təchiz edilmiş və özündən heç də az hərbi gücə malik olmayan düşmən üzərində qələbəsini ordumuzun quruda mürəkkəb döyüşlərə hazırlığı, qətiyyəti və gücü ilə əlaqələndirib.
Avstraliyalı hərbi mütəxəssis Azərbaycan-Ermənistan münaqişəsində pilotsuz uçuş aparatlarının Azərbaycanın uğurlarına töhfə verdiyini desə də, bu silahların torpaq üzərində manevrlərə ehtiyacı aradan qaldırmadığını bildirib. Bu təhlildən belə nəticə çıxarmaq olur ki, birləşmiş silahlı qüvvələrin zəif tərəflərini üzə çıxarmaq və onlara öz gücünü tətbiq etmək imkanı vermək üçün qısa mənzilli mobil hava hücumundan müdafiə sistemlərini birləşdirmək lazım gəlir.
Qeyd edək ki, “Avstraliya Müdafiə Jurnalı”nın təşkil etdiyi konqres hərbi sahədə ölkədə təşkil edilən ən böyük tədbirlərdən biridir.
Briqada generalı İ.Langfordun Azərbaycan Ordusunun peşəkarlığına dair fikirləri “Avstraliya Ordusunun Araşdırma Mərkəzi” və ölkədə strateji araşdırmalar üzrə əsas qurum hesab edilən “Avstraliya Strateji Siyasət Institutu”nun saytlarında da verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
KÖHNƏ BAYATILAR KÖMƏYƏ GƏLMİR
11 Avqust
Sarsılmaz qardaşlıq nümunəsi
11 Avqust
Müsəlman dövlətlərinin birliyi güclənir
11 Avqust
Təhlükəli viruslardan qorunmaq üçün qaydalara riayət olunmalıdır
11 Avqust
Bakıda "sauna", Budapeştdə "soyuq duş"
11 Avqust
Pambığı “ağ qızıl” edənlər
11 Avqust
Ağcabədililərdən nümunə olacaq xeyirxah təşəbbüs
11 Avqust
Ağdam rayonunda 420 hektar sahədə təkrar əkin aparılıb
11 Avqust
Sabirabadda yeni nasos stansiyası istifadəyə verilib
11 Avqust
"Yaylaq fındığı" yığılır
11 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!