Avropada qlobal istiləşmə təhlükəsi böyüyür
Alimlər təbii fəlakətlərin daha təhlükəli olacağı barədə xəbərdarlıq edirlər
Ekstremal istilər yenidən Avropanı çənginə alıb. Turistlərin xoşladıqları zonalar boş qalıb. Apennin yarımadasının bir çox şəhərində fəvvarələr bağlanıb.
İtaliyanın Verona şəhər hakimiyyəti daha sərt qənaət tədbirlərinə qərar verib - yayın sonuna qədər şəhər sakinləri içməli sudan bağları və tərəvəz bostanlarını suvarmaq, maşınları yumaq və hovuzları doldurmaq üçün istifadə edə bilməyəcəklər. Bu qaydaları pozanları 500 avro cərimə gözləyir.
İtaliyada anomal istilər, Polşada leysan və daşqınlar, Yunanıstanda yanğın təhlükəsi artıb
Romada hava müsbət 40 dərəcə selsiyə qədər istiləşib. Antisiklonun yaratdığı rekord temperaturdan İtaliya paytaxtının sakinləri, eləcə də ev və vəhşi heyvanlar əziyyət çəkirlər. Romadakı zoopark işçiləri heyvanlara dondurulmuş meyvə, ət və balıq verirlər.
İtaliyanın şimal rayonları da quraqlıqdan əziyyət çəkir. Po çayında su son 70 ilin ən aşağı səviyyəsinə enərək bölgənin düyü bitkiləri ilə yanaşı, mal-qaranı da təhlükə altına alıb. Aqrar sahənin ən böyük həmkarlar ittifaqı xəbərdarlıq edir ki, ölkə miqyasında fermerlər məhsullarının 30-70 faizini itirmək riski ilə üzləşiblər.
Bu arada Polşada anomal istilər şaxtalı küləklər, leysan və daşqınlarla əvəzlənib. Baltik sahilindəki Qdınya şəhərində musiqi festivalının təşkilatçıları müvəqqəti olaraq konsertləri dayandırmalı və tamaşaçıları təxliyə etməli olublar.
Yunanıstanda iyul ayında hava şəraiti ilə əlaqədar yüksək səviyyədə yanğın təhlükəsi proqnozlaşdırılır. Bu barədə yüksək riskli zonaların qeyd olunduğu xəritəni dərc edən ölkənin Mülki Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Egey dənizinin sahilləri, həmçinin Attika, Peloponnes və Yunanıstanın mərkəzi hissəsi xüsusilə təhlükə altındadır. Yerli yanğınsöndürmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Onlar ötən il burada əsl fəlakətə çevrilmiş meşə yanğınlarının baş verməməsi və ya qarşısının alınması üçün gecə-gündüz vəziyyətə nəzarət edirdilər.
Preventiv tədbirlər olaraq hakimiyyət orqanları meşələrə və hər hansı yanğın təhlükəsi olan digər ərazilərə getməyə ciddi qadağa qoyublar.
Hazırda Avropa İttifaqının 6 ölkəsindən 200-dən çox yanğınsöndürən Yunanıstana göndərilib. Onlar öz təcrübələrini yunan həmkarları ilə bölüşəcək və yanğınla mübarizədə onlara kömək edəcəklər. Artıq Bolqarıstan və Rumıniyadan ilk iki komanda gedib. Onları qarşılayan mülki müdafiə naziri Xristos Stilianidis deyib: "Yayda, ölkəmiz üçün çətin bir vaxtda gəldiniz. Amma siz bizə kömək edəcək və fəal şəkildə sübut edəcəksiniz ki, Avropa həmrəyliyi təkcə sözdə mövcud deyil".
Alimlərin bədbin proqnozu
Avropa Mülki Müdafiə Mexanizminin xüsusi layihəsi çərçivəsində iyul və avqust aylarında Afina, Larisa və Tripolisdə Fransa, Almaniya, Norveç və Finlandiyadan əlavə yanğın bölmələri də yerləşdiriləcək.
Son məlumata əsasən, bir qrup iqlimşünas-alim "Environmental Research: Climate" jurnalında araşdırma dərc edib. Onlar hesab edirlər ki, həddindən artıq istilər və daşqınlar iqlim dəyişikliyindən yaranır.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) direktoru Marko Lambertini bildirib ki, dünyadakı gərgin siyasi vəziyyətə görə, bir çox avropalı siyasətçi "iqlim gündəmini ört-basdır etməyə" çalışırlar.
Bu arada elm adamları yaxın gələcəkdə təbii fəlakətlərin daha təhlükəli olacağı barədə xəbərdarlıq ediblər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!