Avropa Parlamentinin nümayəndəsi ilə görüşdə Azərbaycanla Aİ arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər müzakirə edilib
İyunun 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan komitə sədri Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən söz açıb, bu münasibətlərin hər iki tərəfin maraqları əsasında qurulduğunu və qarşılıqlı etimada söykəndiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu münasibətlərə böyük önəm verdiklərini diqqətə çatdırıb. Aİ ölkələri ilə ticarət əlaqələrindən danışan komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsinin Avropa İttifaqının üzvü olan ölkələrin payına düşdüyünü vurğulayıb.
Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks Azərbaycana bundan əvvəlki səfərini xatırlayıb, ölkəmizdə sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dayanıqlı xarici siyasəti, Avropanın enerji təhlükəsizliyində iştirakı, Avropa üçün etibarlı tərəfdaş olması ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycanla Aİ arasında yeni ikitərəfli sazişin hazırlığı barədə məlumat verib.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, regionda sülhün möhkəmləndirilməsi və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı, Azərbaycanla Aİ arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mənalı ömür yolu ilə daim işıq saçan dahi
19 Aprel
Regionda sülhün olması Qərbin maraqlarına uyğun deyil
19 Aprel
Paris Cənubi Qafqazda suları bulandırmağa çalışır
19 Aprel
Ermənistan hökumətinin unutduğu həqiqət...
19 Aprel
Azərbaycan tarixinin ən qürurlu dövrünü yaşayır
19 Aprel
Fransa özünü gülünc vəziyyətə salıb
19 Aprel
Makron bütün körpüləri yandırdı
19 Aprel
ABŞ həqiqəti təkzib edir
19 Aprel
Dünya diplomatiyasında ən müsbət nümunələrdən biri
19 Aprel
Şirvan kanalı bölgələrdə ekoloji tarazlığı və kənd təsərrüfatının inkişafını təmin edəcək...
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!