05 Iyul 2022 00:27
518
SİYASƏT
A- A+

Avropa İttifaqının İrəvandakı ofisinə yürüş edildi

 

Ermənistanda itaətsizlik edənləri orduya göndərirlər

 

Ermənistanda müdafiə nazirliyinin üçaylıq təlim toplanışları bu ölkədə siyasi ziddiyyət predmetinə çevrilib.

İrəvanın "Hraparak" nəşri yazır ki, ölkədə müxalifətin "Müqavimət" hərəkatının 4 iştirakçısı Müdafiə Nazirliyinin üçaylıq təlim toplanışlarında iştirak etmək üçün çağırış vərəqəsi alıb. İndi hüquq-mühafizə orqanlarında əsas işi bir kənara qoyaraq müxalifətin mitinqlərinin videolarını araşdırırlar, aksiya iştirakçılarının  kimliyini öyrənir və çağırış vərəqələri göndərirlər.

Parlamentin deputatı Qeqam Manukyan bildirib ki, bu xüsusda vəziyyət kritik həddə çatıb. Hərbi komissarlıqdan həmin 4 nəfərin evinə zəng ediblər: "Hərbi komissarlıqdan zəng etdilər, Taron Manukyanla danışmaq istədilər, dedim ki, Taron Manukyan 2 aydır həbsdədir. Dedim ki, siz hələ də yalnız müxalifət xadimlərini çağırırsınız?"

Manukyan vurğulayıb ki, hakimiyyət nümayəndələri müxalifəti təcrid etmək üçün orduda xidməti dəyənəyə çevirməyə çalışırlar. Artıq 40-a yaxın belə məlumat var.

Etirazların fəal iştirakçısı Gevorq Muradyan da çağırış vərəqəsi alıb, o da həbsdədir. Onlar Gümrüdə etiraz aksiyaları zamanı yaşlıları döymələrinə dair insidentlə bağlı cinayət işi üzrə həbs ediliblər.

Qeqam Manukyan parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryanın iki ay əvvəl verdiyi ictimai bəyanatı xatırladıb. Belə ki, Koçaryan müxalifətin baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişlərində iştirak edən şəxslərin orduya və ya ordunun təlim düşərgələrinə çağırılmasını təklif edib.

"Nikol Aqbalyan" tələbə birliyinin sədri Taron Qazaryanın ünvanına da çağırış göndərilib. Taron itaətsizlik aksiyalarının fəal iştirakçılarından biridir, bir neçə dəfə saxlanılıb: "Təbii ki, mən bunu Andranik Koçaryanın məşhur bəyanatı ilə də əlaqələndirirəm ki, fəalların tutulması, qeydə alınması və üçaylıq təlim-məşq düşərgəsinə göndərilməsinin lazım olduğunu xatırlamıram. Hesab edirəm ki, bu adamlar ordunu, eləcə də hüquq-mühafizə sistemini öz əllərində siyasi alətə çeviriblər".

Bu arada Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidmətinin rəisi Armen Avtandilyan müxalifətin ittihamlarını rədd edib. Təlim-məşq toplanışı üç ay - avqustun 1-dən oktyabrın 30-dək davam edəcək. Hökumətin qərarına əsasən, təlimlərdə 1444 vətəndaş iştirak edəcək.

Bütün bunların fonunda növbəti etiraz aksiyası keçirilib. Müxalifətin "Müqavimət" hərəkatının üzvləri Avropa İttifaqının Ermənistandakı ofisinə yürüş ediblər. Yürüş iştirakçıları əvvəlki etiraz aksiyaları zamanı saxlanılmış fəalların fotoşəkillərini daşıyıblar. Aksiyanın əsas məqsədi  saxlanılan fəalların azad edilməsinə nail olmaqdır.

Ölkə ictimaiyyətinin diqqətinin etirazlara yönəldiyi bir vaxtda hərbi qulluqçuların xidmətdən yayınma halları davam edir. Belə ki, dörd hərbi qulluqçu müalicə olunduqdan sonra xidmətə qayıtmaqdan imtina edib.

Son vaxtlar orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə,  artım müşahidə olunur. Bu da o deməkdir ki, Ermənistan ordusunun əsgərləri psixoloji cəhətdən hərbi xidmətə hazır deyillər. Orduda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması bunun başlıca səbəbidir.

Bütün bunlar onu göstərir ki, hakimiyyətin vətəndaşlar arasında artıq heç bir dayağı qalmayıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video