Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bu gün hər birimiz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsinin ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə cəmi birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib.
O, Azərbaycan Ordusunun bu möhtəşəm Qələbəyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində imza atdığını deyib: “Azərbaycan dövləti həm uzun illər davam edən erməni işğalına son qoyub, həm də separatizmin və terrorçuluğun kökünü tarixi ərazilərimizdən birdəfəlik kəsib”.
Onun sözlərinə görə, ölkəmiz bu Qələbəsi ilə həm də işğalçı Ermənistanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalq siyasi dairələrə, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə də layiqli cavab verib. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza ataraq üzərinə götürdüyü öhdəlikləri məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə yerinə yetirmirdi. Ermənistanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Lakin Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi.
“Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması hər birimizə əvəzedilməz sevinc və qürur hissi yaşadır. Bu tarixi qələbələrimiz Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıyan hadisədir”, - deyə Sahil Kərimli vurğulayıb.
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib
Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
Kamikadze məhv edildi
“Nobel”in favorit namizədləri açıqlandı
Rusiyalı alpinistlərin cəsədləri tapıldı
Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!