Android platformasında təhlükəli virus yayılıb
İnternet resurslarında "Windows 11" istifadəçilərinə Android tətbiqlər platforması olan "Google Play"dən istifadə imkanı verən tətbiq ortaya çıxıb. Onun müəllifləri istifadəçilərə həmçinin "Microsoft Office" paketinin pulsuz aktivləşdirilməsini və ümumilikdə "Windows 11"in iş prosesinin sürətləndirilməsini vəd edirlər. Əslində isə bütün bunlar yalandır.
Qeyd etmək lazımdır ki, "Windows 11"in son yenilənmələrində əməliyyat sistemi üçün Android tətbiqlərin dəstəyi imkanı aktivləşdirilmişdi. Lakin söhbət yalnız "Amazon AppStore" platformasında mövcud olan Android tətbiqlərdən gedir. Yəni bu məsələdə "Google Play Store" platforması iştirak etmir. Dələduzlar isə bu cür fürsətdən istifadə edərək "Powershell Windows Toolbox" adlı kənar tətbiqi yayımlayıblar. İstifadəyə verilmiş bu tətbiqin təsvirində qeyd edilib ki, guya o, "Google Play Store"dan istifadə imkanını verir və "Windows 11" üçün digər üstünlükləri təqdim edir.
Bu tətbiq adi virusdur. Həmin virus dələduzlara istifadəçilər barədə məxfi məlumatı yığmağa kömək edir. Sözügedən virus daxil olduğu kompüter sistemində bir sıra zərərli əməliyyatları yerinə yetirə bilir.
Tətbiqi kompüterinə yükləmiş şəxslər isə öz cihazlarını təmizləmək üçün uzun bir prosesdən keçməli olacaqlar. Belə ki, sistemin bütün mövcud qovluqlarından zərərli faylları silmək lazım gələcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisin növbəti plenar iclası keçirilib
28 Iyun
Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub ...
28 Iyun
Türkiyənin Milli Müdafiə Nazirliyi meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN-in əməkdaşla...
28 Iyun
Azərbaycanın xarici işlər naziri Türkiyə Maarif Fondunun sədri ilə görüşüb
28 Iyun
İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb...
28 Iyun
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib
28 Iyun
Aleksey Reznikov: Ukrayna Türkiyədən əlliyə yaxın “Bayraktar” alıb
28 Iyun
Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib
28 Iyun
İyunun 28-də Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub
28 Iyun
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
28 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!