16 Sentyabr 2024 23:28
1102
DÜNYA
A- A+
Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  


ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) Amerika qoşunlarının Niger Respublikası ərazisindən çıxarılması əməliyyatının başa çatdığını elan edib. Koordinasiya qərargahı hərbçilərlə birlikdə ölkəni tərk edib.

Komandanlıq qeyd edib ki, qoşunların çıxarılması Respublikanın silahlı qüvvələri ilə əməkdaşlıq sayəsində “təhlükəsiz, nizamlı və məsuliyyətli” olub. AFRICOM-un bildirdiyinə görə, ABŞ qoşunları son on ildə Niger qoşunlarına təlim keçib və regionda antiterror əməliyyatlarına dəstək verib.

Niger hökuməti 2024-cü ilin martında ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. ABŞ qoşunlarının çıxarılması mayın 19-da geri çəkilmə şərtlərinin qarşılıqlı şəkildə müəyyən edilməsindən sonra başlayıb. 7 iyun 2024-cü ildə ABŞ qüvvələri Niameydəki 101 saylı aviabazadan çıxıb və avqustun 5-də AFRICOM qoşunların Aqadesdəki 201 aviabazasından geri çəkildiyini elan etdi. Amerikalılarla birlikdə alman ordusu ölkəni tərk edib.

Amerika kontingentinin əvəzinə Rusiya hərbçiləri ölkəyə 2024-cü ilin aprelində gəlməyə başlayıb. Belə ki, 100 rusiyalı hərbi təlimatçı Nigerə gəlib, Rusiya Silahlı Qüvvələrinin hərbi mütəxəssisləri isə ABŞ-ın keçmiş bazasında yerləşib. 


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

Okeanın dibində nəhəng asteroid aşkarlandı

12:15
07 Oktyabr

Afrikada meymunçiçəyinə yoluxma artıb

11:58
07 Oktyabr

Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb

11:56
07 Oktyabr

“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir  

11:37
07 Oktyabr

Dünyanın ən çox maaş alan lideri açıqlandı

11:22
07 Oktyabr

“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb

11:16
07 Oktyabr

 Britaniyaya gün ərzində 973 miqrant girib

11:01
07 Oktyabr

Şimali Koreyadan bu ölkəyə zibil balonları buraxıldı

10:59
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!