AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yanvarın 16-da keçirilən növbəti iclasında AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilməsi müzakirə olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli qərar qəbul olunub. Qərarın 2-ci bəndinə əsasən, Rəyasət Heyəti aparatının mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurətini nəzərə alaraq, Rəyasət Heyəti aparatının yeni strukturu yaradılıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, hazırda beynəlxalq təcrübədə elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadəyə imkan verən optimal struktur modellərinin təşkili təcrübəsi Rəyasət Heyəti aparatının strukturuna, onun şöbələrinin fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək həmin şöbələrin adlandırılmasına yenidən baxılması zərurətini yaradıb.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib. Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətinin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib. Maliyyə şöbəsi ləğv edilərək, onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!