03 Noyabr 2025 20:06
2253
Elm və texnika
A- A+
AMEA rəhbəri: Azərbaycanda son illərdə elmə gələn gənclik istedadlı və intellektual qüvvələrdir  

AMEA rəhbəri: Azərbaycanda son illərdə elmə gələn gənclik istedadlı və intellektual qüvvələrdir  


Yeni tarixi dövrdə Milli Elmlər Akademiyasında azərbaycançılıq idealları, Qərbi Azərbaycan və Qarabağ, Böyük Qayıdış hərəkatı, ədəbi-tarixi şəxsiyyətlərin yenidən tədqiq edilib dəyərləndirilməsi istiqamətində atılmış addımlar Azərbaycan elminin müstəqil dövlətçilik ideallarına xidmətinin göstəriciləridir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikri AMEA prezidenti akademik İsa Həbibbəyli noyabrın 3-də Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” mövzusunda məruzəsində söyləyib. O qeyd edib ki, AMEA-nın ayrı-ayrı tədqiqat institutlarında yaradılmış Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələri, Xəzərin arxeologiyası, Məhkəmə arxeologiyası, Qarabağ müharibəsi və Böyük Qayıdış hərəkatı, Toponimika şöbələri artıq ilk tədqiqat layihələrini, ilk monoqrafiyaları və dissertasiyaları cəmiyyətə təqdim ediblər. Hazırda Milli Elmlər Akademiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə işğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan tədqiqatlarımızda aparılan tədqiqatlarla yeni tarixi dövrün Qarabağnaməsini yaradır.

Artıq sözlüyü tərtib və təsdiq olunmuş 2 cildlik “Heydər Əliyev ensiklopediyası” və 2 cildlik “Qərbi Azərbaycan ensiklopediyası” da mühüm layihələrdir. Görkəmli dövlət xadimi Heydər Əliyevə həsr edilmiş tədqiqat əsərləri serialından yaxşı bir kitabxana bölməsi yaratmaq olar.

“Azərbaycan Milli Elmlər Akademiyası 80 illik tarixi ərzində ilk dəfə olaraq son 2-3 il ərzində beynəlxalq elmi təşkilatların üzvü seçilib. Bu gün Akademiyamız Beynəlxalq Türk Akademiyaları Birliyi (Astana), Beynəlxalq Elmi Şura (Paris), Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası (İtaliya, Triyest), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası (Cənubi Koreya, Seul), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası – MAAN (Minsk), Avrasiya Universitetlər Birliyi və Qafqaz Universitetlər Birliyinin (İstanbul) tamhüquqlu üzvü kimi beynəlxalq səviyyədə qərarların qəbul edilməsinə səs verir.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının dünyanın 4 qitəsini əhatə edən 40-a yaxın ölkələrin Elmlər Akademiyaları ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələri var. Əməkdaşlıq etdiyimiz tərəfdar Akademiyalar arasında dünyanın üç qitəsinin – Avropa, Amerika və Asiyanın tanınmış Akademiyaları var”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanda son illərdə elmə gələn gənclik istedadlı və intellektual qüvvələrdir.

“Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev – İlham Əliyev epoxasının ölkəmiz üçün müəyyən etdiyi prioritetlər və hədəflər uğrunda dönmədən irəliyə doğru addımlamaq Milli Elmlər Akademiyasının qayəsini və ana məqsədini təşkil edir.

Bir sözlə, Milli Elmlər Akademiyası keçmiş sovet modelindən qalmış bütün stereotipləri qıraraq, öz işini Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına və milli prioritetlərə uyğun surətdə yenidən qurmaq və ümumbəşəri elmi çağırışlara cavab vermək üçün yeniləşmə və islahatlar yolu ilə fəaliyyətini davam etdirir”, - deyə akademik bildirib. AMEA rəhbəri qeyd edib ki, Akademiyanın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi müstəqil Azərbaycanın inamla addımladığı magistral yollarda elmin dəstəyinin təmin edilməsinə imkan yaratmağa hesablanıb. Azərbaycan Milli Elmlər Akademiyası müstəqil dövlətçilik və ümummilli ideallar və bəşəri ideyaların ölkə elminin ideallarına çevrilməsi yollarında inamla addımlamaqdadır.

“Sevindirici haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi “Konstitusiya və Suverenlik İli”ndə, həmçinin Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin 5-ci ildönümündə dövlət səviyyəsində qeyd olunur. Məhz Prezident İlham Əliyevin ötən illər ərzində ölkəmizin iqtisadiyyatının gücləndirilməsi, müasir standartlara cavab verən modern ordu quruculuğu siyasəti və azərbaycançılıq ideologiyası işığında yetişdirilən gənc nəslin, eləcə də xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi sıx birləşməsi nəticəsində 30 illik işğala son qoyulub, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa edilib”, - deyə AMEA rəhbəri qeyd edib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!