24 Iyun 2022 16:36
687
İQTİSADİYYAT
A- A+

Almaniya “Şimal axını 2”-nin ölkə ərazisindəki hissəsini milliləşdirmək niyyətindədir  

 

Almaniyanın İqtisadiyyat Nazirliyi “Şimal axını 2” qaz boru kəmərinin ölkə ərazisindən keçən hissəsini milliləşdirmək və maye qazın qəbulu üçün üzən terminala qoşmaq imkanlarını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniya hökuməti kəmərin ölkə ərazisində qalan hissəsini ümumi xətdən ayıraraq maye qaz terminalına birləşdirmək niyyətindədir. Belə ki, “Şimal axını 2” qazı seqment boyunca Almaniyanın cənubuna nəql etmək imkanlarına malik olan paylayıcı şəbəkəyə qoşulub. Lakin bunu əlavə razılıq əsasında etmək olar. Həm də mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Berlin, eyni zamanda, Rusiyanın cavab tədbirlərindən, xüsusən Almaniya şirkətlərinin Rusiyadakı əmlaklarının qarşılıqlı milliləşdirilməsindən ehtiyatlanır.

AFR-in İqtisadiyyat Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib, lakin maye qaz terminalına qoşulmaq üçün mövcud infrastrukturdan istifadənin mühüm amil olduğunu vurğulayıb.

Xatırladaq ki, əvvəlcə 2019-cu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulan, lakin ABŞ-ın sanksiyaları səbəbindən ləngiyən “Şimal axını 2” qaz kəmərinin tikintisi 2021-ci il sentyabrın 10-da başa çatıb. Ümumi gücü ildə 55 milyard kubmetr olan iki xətdən ibarət qaz kəməri Baltik dənizi vasitəsilə Rusiyadan Almaniyayadək uzanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video