05 Noyabr 2024 08:20
3037
Təhsil
A- A+
"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib


Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" adlı tədbirlər keçirilib.

İlk tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası"nda ali təhsilə əlçatanlığın artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb. Aparat rəhbəri 2024-cü ildə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olanların sayının 74 min nəfər olmasının sevindirici hal olduğunu, 2025-ci ildə bu sayın 75 min nəfərə çatdırılmasının nəzərdə tutulduğunu söyləyib. 

Birgə səylər nəticəsində bu hədəfə çatacaqlarına ümid edən Mətin Kərimli qeyd edib ki, artıq ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olan hər iki nəfərdən biri dövlət hesabına təhsil alır. Eyni zamanda cari tədris ilindən etibarən ali təhsil müəssisələrinə doktorantura səviyyəsi üzrə qəbul olan bütün şəxslər dövlət hesabına təhsil alacaqlar.

Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərin getdikcə yüksəldiyini nəzərə çatdıran Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsi ilə bağlı yeni islahatların əhəmiyyətini xüsusi vurğulayıb: "Son illərin araşdırmalarının nəticələri, dünyada baş verən proseslər onu göstərir ki, elmi tədqiqatların universitetlərdə həyata keçirilməsi daha uğurlu nəticələr verir".

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman ali təhsildə elmi fəaliyyətin və tədrisin yeni çağırışlar əsasında təşkili məqsədilə keçirilən müzakirələrin bu istiqamət üzrə siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib. O, ali təhsil pilləsinə, xüsusilə də doktoranturaya tələbə qəbulunda effektiv planlaşdırılmanın aparılmasını zəruri sayıb.

Tədbirin davamında "Professor-müəllim heyətinin tədris işi vaxtı norması" ilə bağlı təqdimat edilib. Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Emil Səlimov auditoriya və auditoriyadan kənar saatların bölgüsünə edilən əlavə və dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin böyük məsləhətçisi Nüşabə Məmmədbəyova "Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları"nı iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, elmi-metodiki işi həyata keçirən şəxslər dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, elmi-metodiki məqalələrin hazırlanması ilə yanaşı, elmi-metodiki şuraların bölmələrində, ixtisaslaşdırılmış şuraların iclaslarında, yeni təhsil texnologiyalarının hazırlanmasında da iştirak edə bilərlər.

Tədbirin sonunda hər iki təqdimatla bağlı  müzakirələr davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Günün ikinci yarısında isə "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" adlı tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova "Professor-müəllim heyətinin tədris işi vaxtı norması" haqqında təqdimatla çıxış edib. O, normalara edilən əlavə və dəyişiklikləri orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin diqqətinə çatdırıb. Saat bölgüsünün beynəlxalq və qabaqcıl təcrübələrə əsasən tərtib edildiyini bildirən V. Qurbanova yeni normaların tədrisin daha effektiv təşkilinə töhfə verəcəyini qeyd edib.

Tədbirin davamında orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb. Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

Günün ikinci yarısında paralel olaraq pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirəsi aparılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov pedaqoji ixtisaslar üzrə təcrübənin təşkili mövzusunda ADPU-nun yeni yanaşmasını panel iştirakçılarının diqqətinə çatdırmışdır. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təklif olunan yeni təcrübə modelinə dair universitetlər təkliflərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

23:30
11 Dekabr

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib  

23:27
11 Dekabr

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

21:18
11 Dekabr

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

21:16
11 Dekabr

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib  

19:51
11 Dekabr

Həftəsonu Geminid meteor selinin piki olacaq

19:48
11 Dekabr

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

19:48
11 Dekabr

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

18:19
11 Dekabr

BMT: 2020-ci ildən bəri dünyada insan alveri qurbanlarının sayı 43% artıb  

17:54
11 Dekabr

Londonda fermerlərin etiraz aksiyası 

17:53
11 Dekabr

Olimpiya mükafatçımız ilin ən yaxşıları arasında

17:53
11 Dekabr

Olimpiya çempionu dünya rekordunu yeniləyib

17:52
11 Dekabr

Güləş məşqçilərinin ümumrespublika seminarı başa çatıb

17:50
11 Dekabr

Moldovada enerji sektorunda fövqəladə vəziyyət tətbiq olunacaq

17:49
11 Dekabr

Suriyada PKK/YPG terrorçuları TRT jurnalistlərinə hücum edib

17:48
11 Dekabr

“Sora” istifadəyə verilib

17:46
11 Dekabr

Yeni insan növünə aid kəllə sümüyü tapılıb

17:46
11 Dekabr

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

17:38
11 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

17:35
11 Dekabr

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

17:34
11 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

17:33
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!