17 Yanvar 2022 22:45
898
PARLAMENT
A- A+

Aleksa Beçiç: Monteneqro Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

 

Yanvarın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Qafarova qonaqları salamlayaraq, Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Bildirilib ki, bu gün siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf etməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizə təkan verib. Dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Milli Məclisin sədri qeyd edib ki, parlamentlərimiz münasibətlərimizin daha da inkişafına özünəməxsus töhfə verməkdədir. S.Qafarova hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təcrübə və qanunvericilik sahəsində informasiya mübadiləsi baxımından önəmli hesab edib. Diqqətə çatdırılıb ki, deputatların mütəmadi səfərləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O cümlədən parlamentarilərin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı məmnunluq doğurur.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına əzəli torpaqlarını erməni işğalından azad etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələri Azərbaycan tərəfindən həyata keçirilib, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Milli Məclisin sədri, həmçinin torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalının nəticələri barədə məlumat verib. Bildirilib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən yox, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq.

Səmimi görüşə və ölkəmizə rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Monteneqro ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qonaq səfər çərçivəsində keçiriləcək görüşlər zamanı aparılacaq danışıqların münasibətlərimizin dərinləşməsinə müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. O, bütün sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib.

Monteneqro parlamentinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin qazandığı nailiyyətlər münasibətilə xalqımızı təbrik edib.

Aleksa Beçiç COVID-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərilən yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsi digər sahələrin də inkişafına müsbət təsir göstərir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı və dəstəyin davam etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video