21 Iyun 2022 18:47
310
Səhiyyə

Albalı və gilasın qəbulu orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir

 

Albalı və gilasda olan maddələr açıq antioksidant təsirə malikdir - başqa sözlə, onlar iltihabi proseslərə təsir etməyə qadirdirlər. Bu giləmeyvələrin orqanizmə xərçəng əleyhinə təsiri məhz bununla təmin edilir. AZƏRTAC “Medikforum”a istinadla xəbər verir ki, bu barədə Samara Elmi-Tədqiqat Diyetologiya və Pəhriz Terapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.

"Orta nisbətdə təzə albalı və gilasın qəbulu orqanizmi onkoloji xəstəliklərə səbəb ola biləcək iltihabi proseslərin inkişafından qoruyur", - deyə doktor Ginzburq söyləyib.

Alim, həmçinin albalı və gilas istehlakının nevroloji sağlamlığa müsbət təsir etdiyinə, yuxuyagetmə, narahatlıq kimi mövcud problemlərin həllinə kömək etdiyinə də hər kəsin diqqətini çəkib.

"Albalı və gilasda stresi aradan qaldırmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən çox miqdarda vitamin və qida maddələri var", - deyə diyetoloq qeyd edib.

Ekspert əlavə edib ki, bəzi aparılan tədqiqatlar albalı şirəsinin təbii yuxu gətirici kimi faydasını təsdiqləyib. Tərkibindəki triptofan amin turşusu sayəsində onun qəbulu yuxu hormonu olan melatoninin səviyyəsini artırmağa kömək edir.

Bütün bunlardan savayı, həm albalı, həm də gilasda yüksək miqdarda B qrupu vitaminləri, maqnezium var - bu keyfiyyət onları narahatlığın, psixo-emosional gərginliyin azalması üçün faydalı edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video