19 May 2022 01:22
769
ELANLAR
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edir

 

LOT-1. Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi işlərinin satın alınması.

 Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər. 

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK:CTREAZ 22

Hesab: AZ71CTRE00000000000002318501

VÖEN: 1700332731

Fond-7(səviyyə kodu)

Kitab nömrəsi-002306-2318501;

Funksional təsnifat-00113;

İqtisadi təsnifat-142330 (sair daxilolmalar)

Əsas fəaliyyət növünün kodu - 84120

 

İştirak haqqı: 2500.00 (iki min beş yüz) manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;

2) Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

3) İddiaçının son dövr göstərilməklə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

4) Tender təklifi;

5) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

6) Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya Məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış;

7) Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

8) İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (malgöndərən uçotda olduğu statistika orqanından alır);

9) Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;

10) Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

11) İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

12) Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (və ya müvafiq dövlət orqanı) tərəfindən verilmiş lisenziya - əlavəsi ilə birlikdə;

13) İşin icrası üçün müqavilə imzalayacağı subpodratçılar  barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə)-siyahı rəsmi blankda təqdim olunmalı;

14) İddiaçının peşəkar işçi heyəti haqqında məlumat - minimum 10 il təcrübəsi olan 5 təcrübəli mühəndisi (bununla bağlı işçi heyətinin diplomları, CV-ləri və portaldan əmək müqaviləsinə dair bildiriş-çıxarışı təqdim olunmalı) olmalıdır;

15) İddiaçının analoji işləri haqqında - iddiaçı baş podratçı kimi ən azı 5 (beş) analoji obyektdə əsaslı tikinti işlərinin icraçısı kimi təcrübəyə malik (bununla bağlı təhvil-təslim aktlarını təqdim etməlidir) olmalıdır;

16) İddiaçının maddi-texniki bazası haqqında - işlərin icrasını təmin etmək üçün malgöndərən bütün maddi-texniki bazaya (kran, yük maşını, beton qarışdıran və digər zəruri avadanlıqlar) malik olmalıdır;

17) Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır. 

İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləməli, sonra isə  texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib  əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərilməlidir.

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 09.06.2022-ci il saat 17:00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 20.06.2022-ci il saat 18:00-a qədər kağız daşıyıcıda ikiqat zərfdə (əsli və surəti) AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli 80,Hökumət evi, IV qapı ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 21.06.2022-ci il saat 17:00-da açılacaqdır.

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli 80,Hökumət evi, IV qapı.

Telefon: (+99412) 498-69-57

E-mail: [email protected]

Əlaqələndirici şəxs: Zöhrab Həsənov.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video