Ağstafada Neolit dövrünün izləri aşkarlanıb
Ağstafada Neolit dövrünə aid "Çağrıtəpə" abidəsində 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılır. Burada üst qat götürülərək növbəti mərhələyə qədəm qoyulacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ekspedisiyasının Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yerinin tədqiqatına başladığı müddətdən 3 il keçir. Bu illər ərzində ekspedisiya qrupu qazıntı zamanı ərazidən zəngin mədəniyyət nümunələri əldə edib. İlkin analizlərə görə, ərazinin qədim sakinləri çayətrafı olduğuna görə burada kompakt yaşayıblar. Son əldə olunan nailiyyətlərdən biri də dairəvi şəkildə yaşanılan kompakt düşərgədə tikililərin aşkar edilməsidir.
Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Museyibli bildirib ki, abidə sovet dövründən məlum olsa da, onun tədqiqinə son illərdə başlanılıb. "Burada aşkar olunmuş bütün tapıntılar abidənin Neolit dövrünə aid olduğunu, yəni təxminən 8 min il yaşı olduğunu söyləməyə əsas verir. Bu abidənin qədim sakinləri əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar. Aşkar olunmuş tapıntılar müxtəlif daşdan, obsidiandan, sümükdən hazırlanmış məişət əşyalarından ibarətdir, - deyə N.Museyibli bildirib.
Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Artıq üst qatda aşkara çıxmış maddi mədəniyyət nümunələri götürülərək alt qatlara doğru qazıntı aparılacaq. "Ərazidə aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda qazıntılar ərazinin Azərbaycanın Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyəti sistemlərində yerini müəyyənləşdirməyə imkan verir", - deyə institutun şöbə müdiri əlavə edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!