12 Dekabr 2023 12:03
608
CƏMİYYƏT
A- A+
Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq

Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq

 

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir.

Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev inşa olunacaq. Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, 3-ü isə beşotaqlıdır. Kəndin inşasında yerli tikinti materiallarından, o cümlədən Şahbulaq yüksəkliyində istehsal edilən ağ daşlardan istifadə edilir. Ümumiyyətlə, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xıdırlı kəndinin tikintisi də digər yaşayış məntəqələri kimi dörd mərhələdən ibarət olacaq: ərazinin hamarlanması və inşaat tullantılarından təmizlənməsi, fərdi yaşayış evlərinin tikintisi, qeyri-yaşayış evlərinin tikintisi, kommunikasiya şəbəkəsinin və yolların inşası. Artıq ərazidə vertikal hamarlama işləri başa çatıb, yaşayış evlərinin tikintisi həyata keçirilir.

Evlər əsasən birmərtəbəli, beşotaqlı evlər isə ikimərtəbəli olacaq. Kəndin mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulacaq. Sarıcalı və Kəngərli kəndləri ilə müqayisədə Xıdırlı kəndinin relyefi daha sərtdir. Bu səbəbdən vertikal şaquli planlama işləri həyata keçirilməlidir. Kanalizasiya və yağış sularının mərkəzi şəbəkəyə ötürülməsi üçün işlər görülür.

Övsət Həmidovun sözlərinə görə, Xıdırlıda torpaqların şişən və çökən qrunt olması evlərin tikintisində olduğu kimi, yol tikintisi zamanı da ciddi torpaq kütləsinin çıxarılmasını tələb edir: “Daha yüksək texnoloji materiallardan istifadə etməklə bunun həllinə çalışırıq. Düşünürəm ki, bu materialların tətbiqi ilə biz ciddi qənaət edəcəyik. Torpaq kütləsinin ərazidən çıxarılmasının qarşısı alınacaq. Bu da yekun nəticədə büdcədə qənaətə səbəb olacaq. Eyni zamanda, yolların gələcəkdə çökmə təhlükəsi az olacaq. Bu materialların tətbiqi üçün müvafiq hesabatlar aparılıb”.

Xıdırlı kəndinin tikintisində çalışanlarla söhbət zamanı onların hər birində yüksək əhval-ruhiyyənin şahidi olduq. İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər. Hörgü işində çalışan Elşən Əliyev deyib: “Çox sevinirik ki, işğalda olan bütün torpaqlarımız azad edildi və aparılan tikinti işlərində mənim də əməyim var. Bundan əvvəl Laçın rayonunun tikintisində iştirak etmişəm. Allah ordumuzu qorusun! Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin”.

Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!