07 Yanvar 2023 00:23
459
Təhsil
A- A+

ADAU-da "Açıq mikrofon" günü keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) valideyn, tələbə və müəllimlər üçün "Açıq mikrofon" günü keçirilib.
Tədris və imtahan prosesində tələbə və müəllimlərin, xüsusilə valideynlərin təklif və rəylərinin dinlənilməsi məqsədilə keçirilən tədbirdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin qarşıdan gələn  semestr imtahanlarına hazırlıq prosesi, imtahanların keçirilmə qaydası və gələcəkdə həyata keçiriləcək layihələr barədə iştirakçılara ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, imtahanlar bolonya prosesinə uyğun olaraq test və yazılı  formada keçiriləcək və bunun üçün hazırlıq işləri görülmüşdür.
Tədbirdə çıxış edən valideynlər "Açıq mikrofon" gününün əhəmiyyətindən danışmış, bunu  övladlarının təhsil aldığı ali təhsil ocağı ilə sıx əlaqə qurulmasında vacib amil kimi dəyərləndirmişlər. 
"Açıq mikrofon" günündə valideynlərin sualları cavablandırılmış, imtahanların keçirilməsi ilə bağlı təklifləri dinlənilmişdir. 

S.ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video