16 Noyabr 2022 02:18
455
Təhsil
A- A+

ADA Universiteti "JSTOR" Açıq İcma Kolleksiyaları layihəsində təmsil olunur

 

ADA Universiteti Beynəlxalq Müəssisələr və Qlobal Araşdırma platformaları ilə əməkdaşlığı genişləndirməkdədir. Universitet Kitabxana və informasiya xidmətləri şöbəsi tərəfindən təmsil olunaraq "JSTOR" şirkətinin Açıq İcma Kolleksiyaları layihəsinə qoşulub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Açıq İcma Kolleksiyaları müəssisələrin öz rəqəmsal kolleksiyalarını "JSTOR" platformasında yerləşdirməsinə və paylaşmasına imkan verməklə unikal ilkin mənbə resurslarını dünya üzrə geniş tədqiqatçılar, akademik heyət və kitabxana istifadəçiləri şəbəkəsi üçün əlçatan edir. Bu, ADA Universitetinə öz xüsusi kolleksiyalarını təqdim etmək və Azərbaycanın mədəni və tarixi irsini bütün dünyada təbliğ etmək üçün mühüm imkan yaradır.
Açıq İcma Kolleksiyalarında təmsil olunmağın vacib üstünlüklərindən biri "OCLC WorldCatDiscovery", "ExLibrisPrimo/Summon" və "EBSCO DiscoveryServices" kimi tanınmış qlobal kitabxana informasiya mərkəzləri vasitəsilə əlçatan olmaqdır. Bu da, öz növbəsində, təqdim olunan rəqəmsal kolleksiyanın "JSTOR" abunəliyi olmayan digər elmi müəssisələr üçün də əlçatanlığını təmin edir. Hazırda "JSTOR" Açıq İcma Kolleksiyalarında ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan" qəzetinin 1918-20-ci illəri əhatə edən transliterasiya edilmiş buraxılışlarının rəqəmsal nüsxələri mövcuddur. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video