Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü ilə Çikaqoda keçirilən görüş Azərbaycan Respublikasının və ABŞ-ın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova Alyansın yaranma məqsədi, bu günədək görülən işlər barədə ətraflı məlumat verib, azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycan həqiqətlərini qərb cəmiyyətinə çatdırmaları, ABŞ-dakı dost icmaların üzvləri ilə əməkdaşlıq imkanları barədə danışıb, tələbələrin inkişafına kömək edəcək proqramların əlçatanlığına diqqət çəkib.
Görüş iştirakçılarına xaricdəki azərbaycanlı gənclərin vətənə bağlılığı və bu sahədə DİDK-nın həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.
Çikaqo-Kent Hüquq Kollecinin Beynəlxalq Proqramlar üzrə rəhbəri Adam Veber təşkilata uğurlar arzu edib və ABŞ-dakı azərbaycanlı tələbələri hər zaman dəstəklədiyini ifadə edib.
Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təsisçilərindən olan Fərid Məmmədov tələbələrə tövsiyələrini verib, Azərbaycanı tanıtmaları istiqamətində onlara daim dəstək olacaqlarını bildirib.
Toplantıda DİDK-nın və diasporun fəaliyyəti ilə bağlı müxtəlif videoçarxlar nümayiş olunub, irimiqyaslı layihələrdən danışılıb. Görüş soydaşlarımızı maraqlandıran sualların cavablandırılması, ABŞ-da azərbaycanlı tələbələrin daha yaxşı şəbəkələşməsinin perspektivləri və gələcək fəaliyyətə dair yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib YENİLƏNİB
Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi
Gürcüstan parlamentinin Sədri ABŞ-nin sanksiyalarını ölkəyə hücum kimi qiymətləndirib
Türkiyə Ukrayna ilə bağlı danışıqların gündəliyini açıqlayıb
Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb
Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub
Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib
Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər
Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur
“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB
Yutubda bir neçə yeni funksiya əlavə olunub
Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib
Sabiq “Arsenal”lı həbs edildi
“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
Təcili qanı artıq dronlar çatdıracaq
EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!