27 Yanvar 2022 11:41
624
DÜNYA
A- A+

ABŞ-da qeyri-leqal immiqrantlara pulsuz hüquqi məsləhətlər veriləcək

Bayden administrasiyası yeddi sərhədyanı şəhərdə miqrantlara hüquqi xidmətlər təqdim etməyə hazırlaşır.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, miqrantlar üçün hüquqi xidmətlərin əlçatanlığının genişləndirilməsi Bayden administrasiyasının çoxdankı hədəfidir. “Legal Access at the Border” (“Sərhəddə hüquqi xidmətlərin əlçatanlığı”) adlanan yeni proqram miqrantları məhkəmə immiqrasiya prosesinə hazırlamağa kömək edəcək, lakin bu proqram miqrantlara vəkillər təqdim etməyəcək.

Rəsmən “Miqrantların müdafiəsi protokolları” adlanan yeni plan təkrar reallaşdırılan “Meksikada qalmaq” siyasətinə qoşulmuş miqrantları əhatə edəcək. Bu ayın əvvəlində administrasiyanın yüksəkvəzifəli məmurları jurnalistlərlə söhbət zamanı “Miqrantların müdafiəsi protokolları” proqramında qeydiyyata alınmış miqrantlar üçün hüquqi xidmətlərin genişləndirilməsi tədbirləri barədə məlumat veriblər.

Özəl firmalardan olan vəkillər yeni tanışlıq proqramı həyata keçirəcəklər, lakin bu proqram Ədliyyə Nazirliyinin immiqrasiyanın yoxlanması ofisi tərəfindən izlənəcək. Nazirliyin nümayəndəsi Ketrin Mattinqli bildirib ki, bu proqram “Access EOIR” təşəbbüsü adlanan daha geniş səylərin bir hissəsidir.

SAM.gov saytında dərc edilmiş sənədlərdən məlum olur ki, bu proqram sərhəd patrulunun nəzarətində olan ABŞ-Meksika sərhədini keçməyə çalışan miqrantlar üçün nəzərdə tutulur. Proqram Kaliforniya, Arizona və Texas ştatlarında həyata keçiriləcək. Administrasiya bu proqramın icrasına yaxın 60 gün ərzində başlamağa ümid edir.

Vəkillər miqrantların deportasiyası barədə qərar çıxarılması müddətində onların ABŞ-da olması variantlarını, habelə immiqrasiya məhkəməsinin ümumi praktika və prosedurlarını izah edəcəklər. Vəkillərin planlarında miqrantlar üçün fərdi və qrup halında məşğələlər, pulsuz göndəriş vərəqələri və distant hüquqi xidmət variantları nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video