31 Mart 2022 01:25
1692
Oxucu məktubları
A- A+

53 yaşlı teatrın ikinci həyatı

 

Sumqayıt Dövlət Dram teatrı  1968-ci ildə yaranıb. Bu günlər teatr həm milli teatr bayramını, həm də özünün ad gününü qeyd etmişdir. Sumqayıt Dövlət Dram Teatrı 73 yaşlı bir ömrün 50-dən artıq ilini özündə yaşadaraq mədəniyyət ocağı  kimi mənəvi missiyanı yerinə yetirir.

Sumqayıt sənaye şəhəridir. Şəhər salınarkən tikinti meydanında zavodlarla, binalarla birlikdə mədəniyyət ocaqlarının yaradılması da nəzərdə tutulmuşdu. Həmin mədəniyyət ocaqlarından biri də Sumqayıt Dövlət Dram Teatrı (həmin dövrdə o, H.Ərəblinskinin adını daşıyırdı) idi.

Amma üstündən xeyli zaman keçməsinə baxmayaraq, Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir edilməmişdi. İstilik sistemi köhnəlmiş binada normal qaydada tamaşaların məşqini belə aparmaq mümkün deyildi.

Ölkə rəhbərinin tapşırığı ilə bu binada təmir işlərinə start verildi. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu müasir avadanlıqla təchiz olundu. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırıldı.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə olunub. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib  edilib, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Beləliklə, teatr binası tam şəkildə təmir edilərək sumqayıtlıların öhdəsinə verilib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə qayğıkeşliyi nəticəsində bu gün sumqayıtlılar normal şəraitdə tamaşa izləyə bilirlər. Son bir neçə ildə teatrın repertuarı da genişlənib. Dünya ədəbiyyatı nümunələrindən, yerli yazarların əsərlərindən hazırlanan maraqlı tamaşalar qapıları bağlı qalmış teatrı bu gün tamaşaçı nəfəsi ilə isidir.

A.Şaiqin “Qaraca qız”, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Con Qolsuorsinin “Birincilər və sonuncular”,  44 günlük Vətən müharibəsini əks etdirən silsilə tamaşalar , C.Cabbarlının “Solğun çiçəklər”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, C.Patrikin “Qarını öldürməliyik” və digərləri böyüklü-kiçikli sumqayıtlıların sevərək izlədikləri tamaşalardır. 70 yaşlı şəhərimizə həsr edilən Əli Əmirlinin “Sevgilim Sumqayıt” tamaşası bu bayrama bir töhfə oldu. Sumqayıtın zəhmətkeş insanları, qurub-yaradan gənclik və müxtəlif talelər əsərdə  geniş yer alıb. Keçən ilin əvvəlindən başlayaraq  pandemiya qaydalarına uyğun kollektiv teatrın binasının qarşısında, parklarda, təhsil müəssisələrində, ictimaiyyətin sıx toplaşdığı məkanlarda tamaşalar göstərmişdir.

Bu gün Sumqayıt teatrı öz yeni həyatını yaşayır. Hələ neçə illər bu mədəniyyət ocağı  tamaşalarla hamını sevindirəcək.

 

Mübariz HƏMİDOV,

Əməkdar artist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video