23 Oktyabr 2022 01:21
1632
Oxucu məktubları
A- A+

50 ildir bağbanlıq edir

 

Hörmətli redaksiya! Sizə bu məktubumda öz halal əməyi ilə el-obanın hörmətini qazanmış Şıxəli Kazımovdan danışmaq istəyirəm. Şıxəli kişinin 76 yaşı var. Yaşadığı Lənkəranın Sütəmurdov kəndində ömrünün 50 ildən çoxunu bağbanlığa həsr edib.  Onun bağında 30 növ olmaqla 500-ə yaxın meyvə ağacı var. Bu ağacların hamısını Şıxəli kişi özü əkib becərib. Palçığı ələyir, sonra da sitrus tinglərini polietilen qablara əkir. Deyir ki, tinglər polietilen qablarda daha tez inkişaf edir və yaxşı satılır. 
Şıxəli kişi sitrus bitkilərinin calağında calaqaltı kimi əsasən cır limondan istifadə edir. Onun sözlərinə görə, belə olanda calaq daha yaxşı tutur: "İyul-avqust aylarında calaq edirik. Yazda isə kəsirik, pöhrə verir. Payızda artıq əkinə yararlı olur. Kəsəndə də fikir veririk ki, tutub, yoxsa yox. Tutmayıbsa, qalır növbəti ilə".
Təcrübəli bağban sitrusdan başqa, yerli meyvələrdən armud, alma, gavalı və şaftalının da tinglərini calaq edir. Yaxın-uzaq yaşayış məntəqələrinin sakinləri ağac tingləri üçün məhz Şıxəli kişiyə müraciət edirlər. O da öz növbəsində heç kəsi əliboş qaytarmır. "Ehtiyacı olan gəlir, kömək edirəm. Bax, bu armud tingləri dözümlü və uzunömürlüdür. Armud armuda calaq olunur. Narazı deyiləm, adamların alıcılıq qabiliyyəti qənaətbəxşdir. Çörək pulumu çıxarıram, bəzən artıq da qalır. İndi payız fəsli olduğundan alıcılar daha çox gəlirlər", - deyə Şıxəli Kazımov bildirir.
Bir sözlə, Şıxəli kişi işinin əsl peşəkarıdır. Bu gün hansı növ meyvə ağacına  tələbat varsa, onu yetişdirməyə üstünlük verir. Bu, onun üçün həm mənəvi zövq, həm də qazanc mənbəyidir.

Sehran YƏDULLAOĞLU,
Lənkəran rayonu
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video