31 Mart 2022 01:23
1332
Oxucu məktubları
A- A+

35-ə yaxın dağ kəndinin əhalisi avtobussuz qalıb

 

Otuz il  Lerik rayonunun Daster ərazisinə işləmiş marşrut avtobusu yoxa çıxmışdır. Bu səbəbdən də camaat bir yerə çıxanda böyük əziyyətlə  üzləşir. 

17 kilometr məsafəni birləşdirən Hamarat-Piran yolu düz Dasterin mərkəzindən keçir. 4 il bundan əvvəl yola asfalt   döşəndiyi üçün  çox rahatdır. Əvvəllər 2 saata qət olunan yol hazırda 30 dəqiqəyə gedilir. Əhalinin rahatlığına görə  dövlət  tərəfindən buraya 11 milyondan artıq vəsait sərf olunub.  Amma ictimai  nəqliyyat işləmədiyi üçün avtomobili olmayanlar bu rahatlıqdan istifadə edə bilmirlər.

Kənd sakinləri deyirlər ki, sovet dağılan kimi marşrut avtobusunu əlimizdən aldılar. Onda yolumuz o qədər də rahat deyildi. Amma avtobusun işləməsi camaatı razı salırdı. İndi qalmışıq ara sürücülərin  əlində.  Bir yerə çıxa bilmirik, çıxanda da yolpulunu  yüksək deyirlər. 

Hələlik problemi həll edən tapılmır. Tapılarsa, 35-ə yaxın dağ kəndinin camaatının nəqliyyat problemi həll edilmiş olar. 

 

Zəfər ORUCOĞLU,

Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video