30 Iyun 2022 13:24
652
Elm və texnika
A- A+

2035-ci ildən sonra Avropa İttifaqı ölkələrində daxiliyanma mühərrikli yeni avtomobillərin satışı qadağan olunacaq  

 

Bütün Avropa məkanında elektromobillərə keçid müddətini dəyişməmək və 2035-ci ildən sonra daxiliyanma mühərrikli yeni avtomobillərin satışını qadağan etmək qərara alınıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Aİ üzvü olan 27 ölkənin nazirləri iqlim paketinin hədəflərini təsdiq ediblər. Hərçənd, bu paketin müzakirə edildiyi bir il ərzində koronavirusdan sonrakı böhran və Rusiya ilə enerji müharibəsi səbəbindən avropalılar tərəfindən iqtisadiyyatın “yaşıllaşdırılması” üçün ayrılan pullar azalıb.

Avropa Komissiyası (faktiki olaraq Aİ-nin hökuməti) tərəfindən keçən il yayda təqdim edilmiş qanun layihələri paketində ən radikal tədbir benzinlə və dizel yanacağı ilə işləyən maşınların satışının qadağan edilməsidir. Məqsəd 2050-ci ilə qədər qlobal istiləşməyə qarşı mübarizə naminə istixana qazları tullantılarını neytrallaşdırmaq üçün qanunda təsbit olunmuş hədəfə Aİ-nin necə nail olmağa hazırlaşdığını təsvir etməkdir.

Aİ üzvü olan bütün 27 ölkənin nümayəndələri kompromisə nail ola biliblər və indi həmin qanun layihələri təsdiqlənmək üçün Avropa Parlamentinə qaytarılır. Avropa Parlamenti elektomobillərə keçid planına ilkin razılığını üç həftə bundan əvvəl bildirib. Əgər bu plan qəti təsdiq edilərsə, Aİ üzvü olan hər bir ölkə yeni normaları öz qanunvericiliyində təsbit edəcək və bu halda proses praktiki olaraq dönməz olacaq.

Avropa komissiyasının vitse-prezidenti Frans Timmermans deyib: “Bu gün Avropa İttifaqı üçün və Aİ-nin iqlim planı üçün özəl gündür. Bütün gözləntilərə rəğmən biz irəliləmişik və çoxlarının qeyri-mümkün hesab etdiyi hədəfə nail olmuşuq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video