07 Yanvar 2025 00:29
1062
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2025-ci il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2025-ci il tarixli 01 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 1/3


2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 70 saylı Neftçala seçki dairəsindən Xol Qarabucaq bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qəfərov Qismət Tahir oğlu 4 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Araşdırmada və iclasda iştirak etməkdən imtina etmişdir.

Q.T.Qəfərov müraciətini onunla əsaslandırmışdır ki, dairə seçki komissiyası etibarnamə əsasında oğluna verdiyi minik avtomobilinin əmlak barəsində məlumatda və əmək haqqı almadığı halda 7800 manat məbləğində gəlirin namizədin gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda göstərilmədiyinə görə əsassız olaraq Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrini tətbiq etməklə onun namizədliyinin qeydə alınmasından imtina etmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Dairə seçki komissiyası Xol Qarabucaq bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Q.T.Qəfərovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə     2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda birillik dövr ərzində gəlirlərinin olmadığını göstərmiş, ancaq işçi qrupunun araşdırılması zamanı onun həmin dövrdə 7800 manat gəlirlərinin olduğu aşkar edilmişdir. Həmçinin əmlak barəsində təqdim etdiyi məlumatda mülkiyyətində olan 0,12 ha torpaq sahəsini və mülkiyyətçisi olduğu "Toyota Prius" markalı minik avtomobilini göstərməmişdir.

Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək seçki sənədlərindəki məlumatların təkrar araşdırılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmişdir.

Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən verilmiş 5 yanvar 2025-ci il tarixli rəy və rəyə əlavə edilmiş mülkiyyət hüququna dair təsdiqedici sənədlərlə namizəd Q.T.Qəfərovun mülkiyyətində Neftçala rayonu Xol Qarabucaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və ümumi birgə mülkiyyət hüququ ilə həmin kənddə 0,12 ha torpaq sahəsində yerləşən (4 otaq) fərdi yaşayış evinin mövcud olması təsdiqini tapmışdır. Həmçinin namizədin mülkiyyətində bir ədəd Toyota Prius markalı minik avtomobilinin olduğu, ancaq həmin əmlakların namizəd tərəfindən təqdim edilmiş əmlak haqqında məlumatda göstərilmədiyi müəyyən edilmişdir.

Bundan başqa, işçi qrupunun araşdırması ilə bələdiyyə üzvlüyünə namizəd Q.T.Qəfərovun gəlirləri barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin muzdlu işdən 2023-cü ilin dekabr ayı üzrə 650 manat, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə 5850 manat olmaqla ümumilikdə 6500 manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir.

Araşdırma ilə müraciətdə iddia edilən digər hallar öz təsdiqini tapmamışdır.

Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədlərin, siyasi partiyanın, siyasi partiya bloklarının bu Məcəllənin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Seçki Məcəlləsinin 216.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

Göstərilənlərə əsasən müəyyən edilir ki, dairə seçki komissiyası tərəfindən Q.T.Qəfərovun Xol Qarabucaq bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, Q.T.Qəfərovun Xol Qarabucaq bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtinaya dair 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216-1-ci maddələrinə əsasən   qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Xol Qarabucaq bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qəfərov Qismət Tahir oğlunun 4 yanvar 2025-ci il tarixli 01 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2025-ci il tarixli 2/5 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov


06.01.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!