04 Avqust 2024 02:14
669
MSK
A- A+

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 10 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

QƏRAR № 26/118

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlu 2 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.
2024-ci il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə Ə.F.İbrahimovun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 
22 iyul 2024-cü il tarixli 15/35 saylı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.
Namizəd Ə.F.İbrahimov tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 
26 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.
Seçki Məcəlləsinin 60.1-ci maddəsinə görə, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Müraciətlə bağlı dairə seçki komissiyasının sədri ilə əlaqə saxlanılmış və o bildirmişdir ki, Seçki Məcəlləsinin 60.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə dairə seçki komissiyası namizəd Ə.F.İbrahimovun namizədliyin qeydə alınması üçün təqdim etdiyi   imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərindəki məlumatları araşdıraraq namizədin də iştirak etdiyi komissiyanın iclasında bütün məsələləri müzakirə etdikdən sonra onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmiş və dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı Qərarı namizəd Ə.F.İbrahimova təqdim edilmişdir.
Dairə seçki komissiyasının qərarı namizədə təqdim olunduqdan sonra müəyyən edilmişdir ki, iclasda müzakirə edilmiş məsələ texniki səhvə yol verilərək, yəni ümumi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhərində yerləşən və sahəsi 59,85 kv.m olan mənzilin namizəd tərəfindən təqdim edilmiş əmlak barəsində məlumatda göstərilməməsi qərara daxil edilməmişdir. Buraxılmış texniki səhv dərhal aradan qaldırılmış və namizəd dəvət edilərək tam qərar ona təqdim edilmişdir.
Dairə seçki komissiyası tərəfindən namizədin qeydə alınmasından imtina edilməsi barədə qəbul edilmiş qərar tərtib edilərkən buraxılmış texniki səhv həmin komissiya tərəfindən dərhal aradan qaldırılaraq tam qərar namizədə təqdim edilsə də, namizəd tərəfindən mübahisələndirildiyindən onun müraciəti təmin edilməli, dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı qərarı ləğv edilməli, Ə.F.İbrahimovun namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə dairə seçki komissiyasında yenidən baxılmalıdır.
Seçki Məcəlləsinin 112-1.11.5-ci maddəsinə görə, Mərkəzi Seçki Komissiyası şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında qərar qəbul edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.1-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun 2 avqust 2024-cü il tarixli 10 saylı müraciəti təmin edilsin, 
46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı qərarı ləğv edilsin, Ə.F.İbrahimovun namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə həmin dairə seçki komissiyasında yenidən baxılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

03.08.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video