2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 avqust 2024-cü il tarixli 07 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
QƏRAR № 26/121
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlu 1 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ə.V.Mehdinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 seçici imzası olan
10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyası məktubla namizədin təqdim etdikləri imza vərəqələrindəki imzaların yoxlanılması üçün xəttşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xəttşünas ekspertlər ayrılmış və həmin ekspertlərin rəylərindən, imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokolundan görünür ki, təqdim olunan
10 imza vərəqəsində olan 500 imzadan 9 imza Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplandığından, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən 112 seçici imzası qeyri-düzgün hesab olunmuşdur. Bununla da təqdim edilmiş 500 seçici imzasından 121 seçici imzası qeyri-düzgün hesab edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.
Araşdırma prosesində namizəd Ə.V.Mehdi tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş 9 seçici imzasının Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisindən kənarda toplanması, yoxlanılmış 230 ədəd imzadan 198 ədəd imza 86 qrup olmaqla eyni şəxs tərəfindən icra edilməsi nəticəsində 112 seçici imzasının qeyri-düzgün olması və ümümilikdə 121 seçici imzasının etibarsız olması tərtib edilmiş 2 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı Ə.V.Mehdinin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Dairə seçki komissiyası tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
Beləliklə, namizəd Ə.V.Mehdinin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə
25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlunun 1 avqust 2024-cü il tarixli 08 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 19/61 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
03.08.2024
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
10 Sentyabr
ABŞ prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
10 Sentyabr
Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəya...
10 Sentyabr
Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyin...
10 Sentyabr
Tərtərdə Aqrar Biznes Festivalı keçirilib
10 Sentyabr
Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib
10 Sentyabr
Ayxan Hacızadə: 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud de...
10 Sentyabr
XİN: Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!