26 May 2022 13:24
636
DÜNYA
A- A+

2022-ci ildə Rusiyada neft hasilatı 480-500 milyon tonadək azala bilər  

2022-ci ildə Rusiyada neft hasilatı 480-500 milyon tona qədər azala bilər. Lakin hökumət 2022-ci ilin aprelində gündəlik 1 milyon barel azalmadan sonra hasilatın tədricən bərpa olunacağını gözləyir.

AZƏRTAC xəbər verir ki, TASS informasiya agentliyi bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novaka istinadla məlumat yayıb.

“Neft hasilatında cəmi bir ay müddətində gündəlik bir milyon barel azalma baş verib. Bunun tədricən bərpa olunacağını düşünürəm. Ötən il 524 milyon ton neft hasil etdik və 2022-ci ildə bu göstərici 480-500 milyon tona enəcək. Lakin nəticə vəziyyətdən asılı olaraq dəyişə bilər”, - deyə Aleksandr Novak bildirib.

Rusiya 2021-ci ilin yazından etibarən neft hasilatını tədricən artırmağa başlamışdı. Lakin Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Moskvaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar Rusiyada xam neftin kəşfiyyatına, hasilatına və emalına investisiya yatırımlarını qadağan edib. RF-in maliyyə naziri Anton Siluanovun sözlərinə görə, ölkə 2022-ci ildə sanksiyalar səbəbindən neft hasilatının 17 faizini itirə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video