20 Yanvar 2022 19:05
640
SİYASƏT
A- A+

20 Yanvar şəhidlərinin xatirəsi Çexiyada anılıb

 

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çex Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimiə Azərbaycanın Çexiyadakı diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyinin kollektivi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra səfir Adış Məmmədov Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə nəzər salıb, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb. A.Məmmədov 20 Yanvar hadisələrinin nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədiyini, əksinə, xalqımızı daha da sıx birləşdirdiyini diqqətə çatdırıb. Səfir 20 Yanvarın Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu deyib. Bildirib ki, bundan qısa müddət sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

Səfir A.Məmmədov bütün təzyiq və çətinliklərə baxmayaraq, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi siyasi iradədən bəhs edib. O, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı Heydər Əliyevin informasiya blokadasını yararaq Moskvada sərt bəyanat verdiyini, bu qanlı faciəyə siyasi-hüquqi qiymətin verilməsinin də məhz Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı nəticəsində reallaşdığını diqqətə çatdırıb.

Səfir bildirib ki, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri və bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslər üçün zəruri sosial müdafiə sisteminin yaradıldığını qeyd edib.

A.Məmmədov 20 Yanvar faciəsinin üzərindən 32 il keçməsinə baxmayaraq, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş qanlı cinayətlərdən biri olan bu hadisəyə hələ də beynəlxalq siyasi-hüquqi qiymətin verilmədiyini təəssüflə bildirib.

Səfir, həmçinin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, Ermənistanın ölkəmizə hərbi təcavüzü, 30 illik işğal və 44 günlük Vətən müharibəsi barədə də iştirakçıları məlumatlandırıb. A.Məmmədov Qara Yanvar zamanı milli azadlıq və Azərbaycanın bütövlüyü naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının arzu və amallarının xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi ilə reallaşdırıldığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video