22 Yanvar 2022 00:24
464
CƏMİYYƏT

20 Yanvar faciəsi heç vaxt unudulmayacaq

 

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan qanlı Yanvar faciəsindən 32 il keçir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu ölkənin paytaxtı Bakı şəhərində heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləbaran etdi.

SSRİ rəhbəri Mixail Qorbaçov Bakıda erməni kartından məharətlə istifadə edərək sovet imperiya ordusunun əli ilə o qanlı gecədə 147 nəfər əliyalın, günahsız insanı amansızcasına qətlə yetirdi, 800-ə qədər adam yaralandı. Həmin dəhşətli və qanlı terror gecəsində cəlladlar qarşılarına çıxan uşağa, qocaya, qadına belə rəhm etmədilər. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, evlərində qətlə yetirildi, yaralıları aparmağa gələn təcili yardım maşınları gülləyə tuş gəldi, tanklar altına salındı.

Bu qanlı hadisələr törədilən vaxtı iqtidarı təmsil edənlər qaçıb gizləndiyi halda, Azərbaycanın dahi oğlu Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, təzyiq və təqiblərdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi tələbilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

Yanvar qırğını nə qədər faciəli olsa da, azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqının iradəsini, əzmini qıra bilmədi. Həmin faciədə həlak olan Vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Onların məzarlarının sıralandığı Şəhidlər xiyabanı hər bir Azərbaycan vətəndaşının müqəddəs and yeridir.

Yanvarın 20-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri rayonun yüzlərlə sakini Astara şəhərində şəhidlərin xatirə kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

 

S.MƏMMƏDOV,

Astara şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video