13 Noyabr 2024 08:00
243
SİYASƏT
A- A+
1 gündə 21 500 nəfər

1 gündə 21 500 nəfər


COP29-un ikinci günündəki kütləvilik konfransa olan yüksək marağı və onun qlobal əhəmiyyətini bir daha nümayiş etdirdi


Yüksək səviyyədə təşkil olunduğu BMT rəsmiləri tərəfindən də təsdiqlənən COP29-un ikinci günü bir çox tədbirlərlə yadda qaldı. 

Beynəlxalq konfransın ilk günündə təsdiqlənən İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının gündəliyi üzrə ayın 12-də əhəmiyyətli panellər, müzakirələr, sessiyalar baş tutdu.

 

Azərbaycan konsensusun tapılmasına töhfə verəcək


Tədbirin ən mühüm hadisəsi - İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Zirvə Toplantısı noyabrın 12-si işinə başladı və bu gün davam edir. Paris Sazişini necə irəli apardıqlarını nümayiş etdirmək üçün toplaşan 80-dən çox dövlət, hökumət başçıları və vitse-prezidentlərin iştirak etdiyi toplantıda milli bəyanatlar verildi.  

Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxışında bir daha vurğuladı ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq.

Açılış mərasimində çıxış edən BMT Baş katibi Antonio Quterreş bütün iştirakçı tərəfləri növbəti iqlim sammitinədək iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ümumi milli iqtisadi fəaliyyət planı hazırlamağa çağırdı. Baş katib qeyd etdi ki, qlobal istiləşmə probleminin həlli üçün üç prioritet müəyyənləşdirilib ki, onların icrası 2030-cu ilədək hər il temperaturda 9 faizlik azalmanı təmin edəcək.

Rəsmi tədbirlərin keçirildiyi "mavi zona"da daha sonra nazirlərin dialoqu, nazirlərin 9-cu toplantısı, enerji məsələsinə həsr olunmuş yüksəksəviyyəli "dəyirmi masa", istixana qazlarına həsr olunmuş COP29 sammiti və Azərbaycan, Braziliya, BƏƏ, Misir, Çin, ABŞ və UNICEF-in təşkilatçılığı ilə bir sıra mövzulara həsr olunan sammitlər, görüşlər baş tutdu.


COP29-a maraq böyükdür


İqlim sammitinin  ikinci günündə də tədbirə marağın yüksək olduğu diqqətdən yayınmırdı. Bunu xüsusən "yaşıl zona"da müşahidə etmək mümkün idi. Belə ki, COP29 sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi,  iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu bu zonaya giriş biletləri ziyarətçilər tərəfindən qısa zamanda əldə edilmişdir. 

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 "yaşıl zona"sının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, bu zonada  fəaliyyət göstərən dinamik "Extreme Hangout" sahəsi 6-18 yaş arası uşaq və gənc ekoçempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçirilən müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar uşaqlar üçün  də maraqlı olduğundan, ümumilikdə COP-un kiçikdən böyüyə hər kəsin diqqətini çəkdiyini təsdiqləyirdi. 

Bu zonada korporativ dayanıqlılıq və iqlim fəaliyyəti, iqlim keçidi planları: çətinliklər və həll yolları, iqlim ədalətsizliklərinə qarşı mübarizə, iqlim fəaliyyətində yerli gənclərin liderliyi və digər mövzularda panel müzakirələr, sessiyalar keçirildi.

Beləliklə, mötəbər tədbirə evsahibliyi edən Bakı beynəlxalq konfransın ikinci gününü də uğurla geridə qoydu. Biz isə növbəti uğurlu günə hazırlaşmaq üçün konfrans məkanından uzaqlaşırıq. Qarşıdakı günlərdə də iqlim dəyişikliklərinə həsr olunmuş müxtəlif  mövzularda yüksəksəviyyəli görüşlərin, panel müzakirələrin, eyni zamanda sessiyaların keçiriləcəyi - Azərbaycanın evsahibliyi etdiyi ən böyük tədbirə şahidlik edən Bakı Olimpiya Stadionunun  hava qaraldıqca üçrəngli bayrağımıza bürünməsi əzəməti ilə diqqət çəkirdi. 

Qeyd edək ki, dünən COP29 tədbir məkanında 21 500 nəfərin iştirakı müşahidə olunub. COP29-un ikinci günündəki kütləvilik konfransa olan yüksək marağı və onun qlobal əhəmiyyətini bir daha nümayiş etdirdi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

17:49
14 Dekabr

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

17:48
14 Dekabr

“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

17:47
14 Dekabr

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

17:44
14 Dekabr

Mixail Kavelaşvili Gürcüstan Prezidenti seçilib 

17:43
14 Dekabr

Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib

16:44
14 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:03
14 Dekabr

Qar və güclü çovğun Qobustanda yol qəzalarına səbəb olub

15:41
14 Dekabr

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15:37
14 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

14:38
14 Dekabr

Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14:34
14 Dekabr

ANAMA-nın şöbə müdiri: Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb

14:31
14 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

13:41
14 Dekabr

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

13:27
14 Dekabr

“TÜRKSOY-un II Beynəlxalq Simulyasiyası” keçirilir

13:26
14 Dekabr

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!