25 Iyun 2016 12:06
1209
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 251

 

№ 251                         Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

 “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 1831 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1229; 2009, N 10, maddə 846; 2010, N 11, maddə 1039; 2013, N 6, maddə 762; 2014, N 1, maddə 69; 2015, N 10, maddə 1593) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “sərəncamına” sözündən sonra “(bundan sonra - sərəncam)” sözləri əlavə edilsin.

2. 6.4-1-ci bəndə “filial” sözündən əvvəl “idarə,” sözü əlavə edilsin.

3. Aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Cəmiyyətin ali idarəetmə orqanı

6-1.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

6-1.2. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sərəncama uyğun olaraq həll edilir.”.

4. 7-ci hissə üzrə:

4.1. 7.6.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 “7.6.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkil və ya ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Müşahidə Şurasının təkliflərinə uyğun olaraqqərarlar qəbul edir;”;

4.2.  7.6.3-cü yarımbənddən  “strukturunu və” sözləri çıxarılsın;

4.3. 7.6.8-ci yarımbəndə “bölmələrinin,” sözündən sonra “idarə,” sözü, “müəssisələrinin” sözündən sonra “(cəmiyyətlərinin)” sözü əlavə edilsin;

4.4. 7.6.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 7.6.10-cu və 7.6.11-ci yarımbəndlər əlavə edilsin:

 “7.6.9. Cəmiyyətin  Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;

7.6.10. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

 7.6.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir.”.

5. 8.3.5.4-cü yarımbəndə “bölmələrinin,” sözündən sonra “idarələrinin,” sözü, “müəssisələrinin” sözündən sonra “(cəmiyyətlərinin)” sözü əlavə edilsin.

6. 10-cu hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“10.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.”.

7. 10.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video