Alternative content

23:22 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 225
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 225
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:06 22.06.2016

 

№ 225                                                Bakı şəhəri, 13 iyun 2016-cı il

 

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 12, maddə 1638) aşağıdakı dəyişikliklər edilsin:

1.  Adına və ikinci abzasına “səviyyələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” üzrə:

2.1. adına “səviyyələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin;

2.2. 1.2-ci bəndə “müəssisələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)” sözləri əlavə edilsin;

2.3. 1.3.2-ci, 2.1.13-cü, 2.1.15-ci, 3.2.12-ci, 3.2.19-cu, 3.3.4-cü, 3.4.1.2-ci, 3.4.11-ci yarımbəndlərə, 1.4-cü, 4.5-ci bəndlərə, 3.2.10-cu yarımbəndə hər iki halda, 3.2.11-ci yarımbəndin dördüncü cümləsinə, 3.2.15-ci yarımbəndin birinci cümləsinə, 3.2.21-ci yarımbəndin ikinci cümləsinə, 3.3.2-ci yarımbəndin ikinci cümləsinə, 3.4.2-ci yarımbəndin birinci cümləsinə, 3.4.12-ci yarımbəndin dördüncü cümləsinə, 6.1-ci bəndin ikinci (ikinci halda) və dördüncü cümlələrinə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin müvafiq hallarında “və AMEA” sözləri əlavə edilsin;

2.4. 1.5-ci, 5.1-ci bəndlərə, 2.1.8-ci, 2.1.9-cu, 3.2.18-ci, 3.4.14-cü yarımbəndlərə, 1.7-ci bəndə hər iki halda, 3.1.1-ci yarımbəndin birinci cümləsinə, 3.3.3-cü yarımbəndin birinci cümləsinə, 3.4.9-cu yarımbəndə birinci halda, 6.1-ci bəndin birinci cümləsinə birinci halda, ikinci, üçüncü və beşinci cümlələrinə ismin müvafiq hallarında “müəssisələr” sözündən sonra ismin müvafiq hallarında “və AMEA” sözləri əlavə edilsin;

2.5. 3.2.16-cı yarımbəndə “digərinə” sözündən sonra “və ya AMEA-ya, həmçinin AMEA-dan digər ali təhsil müəssisəsinə” sözləri əlavə edilsin;

2.6. 3.3.1-ci yarımbənd üzrə:

2.6.1. birinci cümləyə “təhsil müəssisəsinə” sözlərindən sonra “və AMEA-nın magistratura səviyyəsinə” sözləri, “fakültə” sözündən sonra isə “və AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri əlavə edilsin;

2.6.2. üçüncü cümləyə “fakültəyə” sözündən sonra “və ya AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri əlavə edilsin;

2.7.  3.4.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.”;

2.8. 3.4.6-cı yarımbəndə “fakültəyə” sözündən sonra “və ya AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri əlavə edilsin;

2.9. 3.4.13-cü yarımbəndə “rektorunun” sözündən sonra “və AMEA-nın prezidentinin” sözləri əlavə edilsin;

2.10. 4.4-cü bənddə “ali təhsil müəssisələrində də” sözləri “ali təhsil müəssisələrində və AMEA-da” sözləri ilə əvəz edilsin;

2.11. 6.2-ci bənddə “ali təhsil müəssisələri arasında təmin edilməsi üçün forması və nümunələri” sözləri “təmin edilməsi üçün forması və nümunələri” sözləri ilə əvəz edilsin;

2.12. 6.3-cü bənddə “ali təhsil müəssisələri arasında” sözləri “həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri