19 Iyun 2016 01:06
861
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 224

 

№ 224                         Bakı şəhəri, 13 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 5, maddə 467; 2014, N 4, maddə 450; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli 165 nömrəli qərarı) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə “müəssisələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri əlavə edilsin.

2. 1.4-cü, 2.2-ci və 4.4-cü bəndlərə, 1.7-ci bəndin birinci abzasına və 2.13-cü bəndin birinci cümləsinə müvafiq olaraq “müəssisəsində” və “müəssisələrində” sözlərindən sonra “və AMEA-da” sözləri əlavə edilsin.

3. 1.9-cu bəndə “hazırlığı” sözündən sonra “AMEA istisna olmaqla,” sözləri əlavə edilsin.

4. 2.3-cü bəndin ikinci abzasının ikinci cümləsinə, üçüncü abzasının birinci, ikinci cümlələrinə və 3.2-ci bəndin ikinci cümləsinə müvafiq olaraq “müəssisəsi” və “müəssisələri” sözlərindən sonra “və AMEA” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video