Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

11:00 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğur olsun, Fərid!
Uğur olsun, Fərid!
ANA SƏHİFƏ / Oxucu məktubları
01:06 18.06.2016

 

Milli Ordumuzun zabiti, gənc leytenant Fərid Rakif oğlu Vahidov gözümüzün qabağında böyüyüb. 1991-ci ildə Salyan şəhərində anadan olub, 2006-cı ilədək burada - ata ocağında boy atıb, təhsil alıb. İndi həmin günləri yaxşı xatırlayıram: oğlanlı-qızlı bir dəstə uşaq yaşadığımız binanın başına dolanıb əsgəri addımlarla yeriyir və xorla məşhur hərbi marşı tez-tez oxuyurdular:

 

...Marş, irəli! Marş, irəli!

Azərbaycan əsgəri!

Dönməz geri, dönməz geri

Azərbaycan əsgəri!

 

Həmin uşaqların arasında balaca Fərid də vardı. Anası Sədaqət xanım hələ o zamanlar danışırdı ki, Fərid gecə yuxuda da bu mahnını oxuyurdu. Kim bilir, hərbçi olmaq arzusu onun qəlbində bəlkə elə o vaxtdan yuva salmışdı. Təhsil aldığı Salyan şəhər internat məktəbində həyata keçirilən  ictimai işlərdə fərqlənən, “Şahinlər” hərbi-idman oyununda xüsusi məharət göstərən Fərid dərslərindən də əla qiymətlər alır, nümunəvi davranışı ilə seçilir, vətən mövzusunda inşalarda dönə-dönə “mən hərbçi olacağam, xalqımızın haqq işi uğrunda döyüşəcəyəm” yazırdı. Valideynləri də Fəridin bu arzusundan qürur duyur, ona qol-qanad verirdilər.

Ataların belə bir sözü var: niyyətin hara, mənzilin ora. 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan F.Vahidov 2009-cu ildə oranı uğurla bitirib sənədlərini ali hərbi məktəbə verdi və qəbul olundu. 2013-cü ildə ali məktəbi leytenant rütbəsi ilə bitirərək “N” saylı hərbi hissədə xidmətə başladı.

Çalışdığı hərbi hissədə böyük hörmət qazanıb. Əsgərlər ona komandir kimi sayğı göstərməkdən başqa, həm də özlərinə böyük qardaş, dost bilirlər. Elə Fərid də tabeliyində olan əsgərləri öz qardaşları hesab edir.

Bu il aprelin əvvəlində cəbhə bölgəsində baş verən təxribat bir hərbçi kimi F.Vahidova da dərindən təsir etmişdi. Həmin günlərdə ordumuzun qazandığı uğurlar gənc hərbçidə vətənimizin işğal altında olan torpaqlarının azad olunacağı günə inamını daha da artırmışdı. Həmin günlərdə ailə üzvləri ilə telefon əlaqəsi saxlayan Fərid atasından xahiş etmişdi ki, Salyandakı evlərinin küçəyə baxan pəncərəsindən Azərbaycanın üçrəngli dövlət bayrağını assın. Atası Rakif kişi elə də edib. İndi o gündən bayraq orada dalğalanır. Mən bu bayrağa baxanda sanki Fəridi görürəm. Balacalığından tanıdığım gənc zabit gözlərim önündə belə canlanır: əsgərlərinə təlim verir, onlara vətən və xalq qarşısındakı müqəddəs borcdan söz açır, önə çıxıb onları döyüşə, yeni qələbələrə aparır. Qulaqlarımda yenə o marş səslənir: “Marş, irəli! Marş, irəli! Azərbaycan əsgəri!”

                                  

Gülzar HÜSEYNOVA,

Salyan şəhər 1 saylı orta məktəbin müəllimi

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM