Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:53 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı qətliamına, Azərbaycanın torpaqlarının işğalına da münasibət bildirin...
Xocalı qətliamına, Azərbaycanın torpaqlarının işğalına da münasibət bildirin...
ANA SƏHİFƏ / Oxucu məktubları
01:06 18.06.2016

 

Soyqırımının nə olduğunu bəşəriyyət İkinci Dünya müharibəsi zamanı gördü. Sonra məhkəmə quruldu, faşist Almaniyasının müharibə dövründə törətdiyi ağlasığmaz vəhşiliklər və soyqırımı hüquqi yolla, təkzibolunmaz sübut-faktla isbatlandı. Əks tərəf də bunu qəbul etmək məcburiyyətində qaldı. Beləcə, nasist Almaniyasının dövlət səviyyəsində məqsədyönlü soyqırımı törətməsi tarixə qara ləkə kimi yazıldı...

İndi bu Almaniya İkinci Dünya müharibəsi zamanı ona görə savaşa qoşulmuş və müttəfiqi olmuş Türkiyəni ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edir. Özü də faktsız, sübutsuz! Halbuki ötən əsrin əvvəllərində cəbhə bölgələrində yaşayan və düşmənə silahlı yardım göstərib ölkəsinə xəyanət edən ermənilərin həmin ərazilərdən başqa yerə deportasiya edilməsi təşəbbüsü ilə çıxış edən də, bu əmri imzalayan da alman komandan olmuşdu. Buna rəğmən Osmanlı dövləti deportasiya olunanların can və mal-mülk toxunulmazlığı haqqında ayrıca fərman vermişdi. Əgər o köçürülən ermənilər həqiqətən də soyqırımına məruz qalmış olsaydılar, o vaxt Osmanlı əyalətləri olan indiki Suriya, Livan, Fələstin və digər Yaxın Şərq ölkələrinin ərazisində hazırda Ermənistandan daha çox erməni yaşamazdı. Bu ermənilər məhz o “soyqırımına” məruz qalanların törəmələridir. Yəni əslində bu ermənilərin əcdadları təyin edilən yerlərə sağ-salamat çatdırılıblar. Özü də onların bir qısmı geri qayıtmaq haqqında verilən fərmana baxmayaraq, bu ölkələrdə qalmış, müəyyən qismi də dünyanın dörd bir yerinə səpələnmişdir. Himayədarları tərəfindən əzəli Azərbaycan torpaqları olan Qarabağa, eləcə də İrəvan xanlığı ərazisinə köçürülənlər də az olmayıb. Məqsəd də Qafqazda türk etnosunun hegemonluğuna qarşı imperialist siyasət çərçivəsində “tədbir” görmək idi. Ardıcıl və mərhələlərlə iki əsr aparılan bu siyasət sayəsində indiki Ermənistan ərazisində türk-müsəlman varlığına tamamilə son qoyulub. Bəs bu, əsl soyqırımı deyil?

Dünya, Avropa, Almaniya bunu görmür, yoxsa bilmir? Əlbəttə, görürlər də, bilirlər də. Özü də, həqiqətin əslində nədən ibarət olduğuna yaxşı bələddirlər. Amma susmaqları bir yana, haqsıza, ədalətsizə, işğalçıya arxa dururlar. Yaxın keçmişin tarixi indiki aktiv siyasətçilərin, aparıcı dövlətlərin gözləri önündə baş verib: azərbaycanlılar son nəfərinədək Ermənistandan qovulub. Respublikamızın 20 faizi ermənilər və havadarları tərəfindən işğal edilib. Bu ərazilərdən də azərbaycanlılar didərgin salınıb. Yüz minlərlə vətəndaşımız doğma elini, evini-ocağını tərk etmək məcburiyyətində qalıb. Mülki əhali arasında itkilərimizin sayı minlərlə, qaçqın və köçkünlərin statistikası yüz minlərlə hesablanır...

Bütün bunları Almaniya da bilir. Niyə Almaniya bir dəfə də olsun ermənilər tərəfindən törədilən bu misilsiz vandalizmi, soyqırımı və terror aktlarını, işğalçılıq və separatizm siyasətini pisləyən qətnamə qəbul etməyə cəhd göstərməyib? Axı bu hal - Azərbaycanın işğala məruz qalması BMT qətnamələri ilə təsbit olunub. Yəni faktdan savayı hüquqi əsas da var! Budur demokratiya, söz azadlığı, qanunun aliliyi, hüququn üstünlüyü, beynəlxalq norma və prinsiplərə sədaqət?

Hörmətli redaksiya!

Xahiş edirik bizim bu məktubumuzu qəzetdə dərc edəsiniz. Qoy Almaniya parlamenti qondarma və heç bir əsası olmayan erməni “soyqırımı” əvəzinə, bu ermənilər vasitəsilə dünyanın gözü önündə azərbaycanlılara qarşı törədilən soyqırımına - Xocalı qətliamına, Azərbaycanın 20 faiz torpaqlarının işğalına münasibət bildirsinlər, bunu tanıyan və qınayan sənəd qəbul etsinlər.

 

Şövkət MƏDƏTOVA,

Bəhmən QƏHRƏMANOV,

Şirin GÜLMƏMMƏDOVA,

İradə NƏBİYEVA

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM