Daha sudan korluq çəkmirik
Kəndimizin əhalisi içməli su sarıdan çox əziyyət çəkirdi. Əlli il əvvəl kəndin mərkəzində istifadəyə verilən subartezian quyusu dörd yüzdən çox fərdi təsərrüfatı birləşdirən böyük bir kəndin əhalisinin içməli suya olan ehtiyaclarını tam ödəyə bilmirdi.
Düzdür, son vaxtlar dövlət xətti ilə kəndin ətrafında bir neçə subartezian quyusu vurularaq torpaq payçılarının istifadəsinə verilmişdir. Lakin bunlar əsasən əkinlərin suvarılması üçün nəzərdə tutulmuşdur və həm də məişətdə istifadə üçün münasib yerdə deyil.
Problemin həlli ilə əlaqədar yerli idarəetmə orqanı olan bələdiyyə qarşısında məsələ qaldırıldı. Bələdiyyənin İkinci Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlığı şəraitində bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verdi. Belə ki, kəndimizdə əhalinin daha sıx məskunlaşdığı yerlərdə 12 bulaq kompleksi tikilib istifadəyə verildi. Qeyd edək ki, onlardan biri kənd məktəbinin həyətində inşa edilmişdir. Həmin layihə çərçivəsində 3,5 kilometrdən çox su xətti çəkilmişdir. Meşə zolağındakı su ümumi şəbəkə ilə daha təmiz və keyfiyyətli hesab edilən artezian xəttinə qoşulmuşdur.
Kənd bələdiyyəsinin sədri Ələmdar Ələsgərovun təşəbbüsü ilə kəndin mərkəzindəki köhnə subartezianın qarşısında üslubu ilə diqqəti cəlb edən bulaq kompleksi inşa olunmuş, ətrafı abadlaşdırılmışdır. Bu isə kəndin mərkəzi hissəsinin daha gözəl görünüşünü təmin etmişdir.
Bütün inşaat işlərini kəndin yerli ustaları görmüşlər.
Rəhman ŞƏMİLZADƏ,
Bərdə rayonu,
Gərənə kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!