Alternative content

05:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı-Gəncə marşrutunda avtobuslar nə vaxt yenilənəcək?
Bakı-Gəncə marşrutunda avtobuslar nə vaxt yenilənəcək?
ANA SƏHİFƏ / Oxucu məktubları
01:06 18.06.2016

 

Ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşı kimi, məni də sevindirir. Xüsusilə son illər bölgələrdə həyata keçirilən layihələr rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrimizin də simasını başdan-başa dəyişmişdir. Yeni park və xiyabanlar salınmış, əhalinin istirahətinin təminatı üçün hər bir şərait yaradılmışdır. Bu inkişaf Gəncədə də özünü göstərir.

Hörmətli redaksiya!

Ancaq bu məktubu yazmaqda məqsədim başqadır. Oğlum Samirin Bakıda yaşaması ilə əlaqədar ara-sıra onun yanına gedirəm. Bunun üçün Bakı-Gəncə marşrutu ilə işləyən avtobusların xidmətindən istifadə edirəm. Təəssüf ki, bu xidmət nə məni, nə də digər sərnişinləri qane edir. Əvvəla, avtobuslar çox köhnə və istismara, demək olar ki, yararsızdır. Kondisionerlər pis işləyir. Oturacaqlar narahatdır. Avtobus gedərkən mühərrikin səsindən qulaq tutulur. Xidmət səviyyəsi də çox aşağıdır. İndi məni bir məsələ düşündürür: görəsən, Gəncə sərnişinləri nə vaxt rahat avtobuslarda gedəcəklər? Zənnimcə, bu sahəyə diqqət ayırmağın, xəttə müasir, yeni və komfort avtobusların buraxılmasının vaxtı çatıb. Bu həm sərnişinlərin rahatlığına xidmət edər, həm də təhlükəsizliyinə.

 

Ayaz ƏLİYEV,

Gəncə şəhər sakini, təqaüdçü