Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlar uşaq verilişlərinə həsrətdirlər...
Uşaqlar uşaq verilişlərinə həsrətdirlər...
ANA SƏHİFƏ / Oxucu məktubları
01:06 18.06.2016

 

Üç qız anasıyam. Üçü də məktəblidir. Böyüyünün 13, kiçiyinin 7 yaşı var. Bütün uşaqlar kimi, onlar da televiziya verilişlərinə baxmağa meyillidirlər. Di gəl ki, məktəbdən və dərs hazırlığından sonra müəyyən istirahət saatlarında onlar üçün televiziya kanallarında münasib veriliş tapa bilmirik. Səbəb uşaq verilişlərinin Azərbaycan televiziyalarında son dərəcə azlığıdır. 

Olan uşaq verilişlərində də maarifləndirici heç nə yoxdur. Ən yaxşı halda pərakəndə, vaxtsız-vədəsiz təqdim olunan cizgi filmləri ilə rastlaşırıq. O da ya uşaqlar məktəbdə olarkən - səhər tezdən, ya da uşaqlar yatan vaxtlarda göstərilir.

Məcburiyyət qarşısında qızlara Türkiyənin tematik uşaq kanallarına baxmalarına icazə veririk. Onlar da oturub həvəslə bu kanalları izləyirlər.

Amma istərdik ki, öz kanallarımızda yayımlanan uşaq verilişlərinə baxsınlar.

İstəyimiz odur ki, bütün yaş qruplarına müvafiq verilişlər çəkilsin,  sistemli və münasib vaxtlarda yayımlansın. Əsas təvəqqemizin biri də bu verilişlərin keyfiyyətli hazırlanmasıdır. Axı uşaqların etik, estetik tərbiyəsindən tutmuş mənəviyyatlarının, dünyagörüşlərinin formalaşmasında maarifləndirici verilişlərin böyük rolu, təsiri var. Bir də ki, ekran qarşısında mənalı və əyləncəli istirahət həm də uşaqların haqqıdır. Bəlkə elə buna görə ayrıca uşaq kanalının açılmasının da vaxtı çatıb.

 

Əfsanə HAFİZLİ,

Bakı şəhəri