Alternative content

19:47 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdman həm də ünsiyyət vasitəsidir
İdman həm də ünsiyyət vasitəsidir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:06 18.06.2016

 

Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri hamımızı sevindirir. Yaşadığımız 9-cu mikrorayonda quraşdırılan minifutbol meydançası da cavanların ürəyincə olub. Burada təkcə bizim mikrorayonun deyil, digər ərazilərdən gələn yeniyetmə və gənclər də yarışırlar.  Oyunlar çox maraqlı keçir. Əvvəllər hərə bir geyimdə çıxış edirdisə, indi məhəlləmizin gəncləri özlərinə forma da alıblar.

İdman sağlamlıqla yanaşı,  həm də tərbiyə, ünsiyyət vasitəsidir. Gənclərimizin pis vərdişlərdən uzaqlaşmasında, bizcə, belə idman meydançalarının böyük rolu, faydası vardır.

 

Seymur ABBASOV,

Sumqayıt şəhəri