Alternative content

20:30 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Belçikanın senatoru, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib
Prezident İlham Əliyev Belçikanın senatoru, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
06:06 17.06.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.

Senator Alen Desteks Formula -1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırdı. Dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayan qonaq ölkəsində də Qran-Pri yarışlarının keçiriləcəyini dedi. Alen Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün ölkəmizə səfər etdiyini vurğuladı.

Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən dövlətimizin başçısı yarışların gələn qonaqlarda maraq doğuracağına, onların ölkəmizlə yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.