Alternative content

10:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ordumuzla qürur duyuruq
Ordumuzla qürur duyuruq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 12.06.2016

 

Tərtər Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların  əsas hədəflərindən  biri olsa da, tərtərlilər adi həyat tərzi yaşamaqdadırlar.

Düşmən artilleriyasının mərmiləri rayon mərkəzinə, kəndlərə tökülsə  də, adamların qurub yaratmaq  əzmi öləzimir, təsərrüfat işləri zəifləmir. Respublika Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasətə, milli ordumuzun gücünə, qüdrətinə inanan  tərtərlilər öz evlərində, iş-güclərindədirlər.

El arasında Tərtərə qəhrəman  şəhər də deyirlər. Tərtərlilər bu adı öz igidlikləri ilə, vətənə, torpağa, yurda sonsuz məhəbbətləri ilə qazanıblar. Qarabağ savaşında ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etdikləri dövrdə Tərtər bölgəsində irəliləyə bilmədilər. Əksinə, bəzi əraziləri boşaltmaq məcburiyyətində qaldılar. İndi düşmən hər məqamda bunun heyfini çıxmağa çalışır, Tərtər şəhərini də, kəndlərimizi də şiddətli atəşə tutur. Hər dəfə də ordumuzdan tutarlı cavab alır.

Hörmətli redaksiya! Bu gün Tərtərdə əhvali-ruhiyyə yüksəkdir. Bunu hər kəsin bilməsini istəyirik. Hamımız tezliklə torpaqlarımızın işğaldan azad olunacağına əminik. Bu qətiyyəti yaradan da Ordumuzun qüdrəti, əsgərlərimizin igidliyidir. Onlarla fəxr edirik!

 

Murad SƏFƏROV,

Tərtər rayon sakini