Ordumuzla qürur duyuruq
Tərtər Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların əsas hədəflərindən biri olsa da, tərtərlilər adi həyat tərzi yaşamaqdadırlar.
Düşmən artilleriyasının mərmiləri rayon mərkəzinə, kəndlərə tökülsə də, adamların qurub yaratmaq əzmi öləzimir, təsərrüfat işləri zəifləmir. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasətə, milli ordumuzun gücünə, qüdrətinə inanan tərtərlilər öz evlərində, iş-güclərindədirlər.
El arasında Tərtərə qəhrəman şəhər də deyirlər. Tərtərlilər bu adı öz igidlikləri ilə, vətənə, torpağa, yurda sonsuz məhəbbətləri ilə qazanıblar. Qarabağ savaşında ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etdikləri dövrdə Tərtər bölgəsində irəliləyə bilmədilər. Əksinə, bəzi əraziləri boşaltmaq məcburiyyətində qaldılar. İndi düşmən hər məqamda bunun heyfini çıxmağa çalışır, Tərtər şəhərini də, kəndlərimizi də şiddətli atəşə tutur. Hər dəfə də ordumuzdan tutarlı cavab alır.
Hörmətli redaksiya! Bu gün Tərtərdə əhvali-ruhiyyə yüksəkdir. Bunu hər kəsin bilməsini istəyirik. Hamımız tezliklə torpaqlarımızın işğaldan azad olunacağına əminik. Bu qətiyyəti yaradan da Ordumuzun qüdrəti, əsgərlərimizin igidliyidir. Onlarla fəxr edirik!
Murad SƏFƏROV,
Tərtər rayon sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!