12 Iyun 2016 12:06
1056
Oxucu məktubları
A- A+

El bir olsa, dağ oynadar yerindən

 

Ölkəmiz müstəqillik qazanandan bəri dinamik inkişafdadır. Əvvəllər gözdən-könüldən uzaq düşmüş rayon mərkəzləri indi milli memarlıq üslubunda abadlaşır, gözəlləşir. Qəsəbə və kəndlərdə həyat səviyyəsi durmadan yüksəlir.

Şamaxı şosesinin 19-cu kilometrliyində yerləşən 28 May qəsəbəsində respublikamızın bir çox rayonlarından insanlar məskunlaşıb. Qəsəbə təzə salındığı üçün müəyyən problemləri var. Onlardan biri qəsəbənin giriş və daxili yollarının çala-çuxur, təmirsiz olmasıdır. Bu da yağmurlu günlərdə gölməçələr və palçıq mənbələri yaradırdı. Bundan ən çox əziyyət çəkən də yaşlılar və məktəblilər idi.

Ölkəmizdə gedən quruculuq və abadlıq işlərindən ruhlanan bir qrup qəsəbə sakini yolların təmiri məsələsini müzakirə edib öz öhdələrinə götürdü. Az vaxt ərzində daxili, məhəlli imkanlar, habelə sakinlərin şəxsi vəsaiti hesabına yük maşınları ilə Qızılqaya qəsəbəsindən xır gətirildi və qəsəbənin giriş və mərkəzi yollarına töküldü. Bunları yaymaq isə gənc qəsəbə sakini, buldozer maşinisti Söhrab Xəlilovun ixtiyarına verildi. Bu gənc işin çoxunu pulsuz, sakinlərə hədiyyə kimi gördü.

Hamımızın başlıca məqsədi yaxın gələcəkdə qəsəbəmizi gül-çiçəyə, yaşıllıqlara bürünmüş abad,  nümunəvi şəhər tipli yaşayış məntəqəsinə çevirməkdir. Düşünürük ki, bu işdə hər bir vətəndaş fəal yer almalıdır. Ümumiyyətlə, bütün işləri dövlət icra etsə də, insanlar təşəbbüskar olmalı, bu abadlıq-quruculuq prosesində yaxından iştirak etməlidir.

 

Kərəm NƏBİYEV

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video