Alternative content

20:30 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bizi sevir, əməyimizi qiymətləndirirlər
Bizi sevir, əməyimizi qiymətləndirirlər
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 12.06.2016

 

“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin açılış mərasimində mən də iştirak edirdim. Mərasimdə Şəkinin ünvanına söylənilən xoş sözlər rayon sakini kimi məni çox qürrələndirdi.

Ali qonaqlardan biri - TÜRKSOY-un Baş katibi dedi ki, Şəki türk dünyasının mənəviyyat paytaxtı elan edilən beşinci şəhərdir. Şəki böyük şairlərin, yazıçıların, incəsənət xadimlərinin vətənidir. Tarixi abidələri, şirniyyatı, yumoru ilə dünyada məşhurdur. Bu amillər onun türk dünyasının mədəniyyət paytaxtı seçilməsində mühüm rol oynayıb.

Mərasimdə o da xatırladıldı ki, Şəki 2012-ci ildə TÜRKSOY tərəfindən “Türk dünyasının qeyri-maddi, mədəni irs paytaxtı” seçilmişdi.

Həqiqətən də qürur doğuran faktlardır. Belə münasibət və dəyərləndirmə hamıda xoş əhvali-ruhiyyə yaratmaqla yanaşı, sakinlərin qurub-yaratmaq əzmini artırır, gənclərimizi doğma yurda daha ürəkdən bağlayır. Bu bağlılıq, ruh yüksəkliyi özünü insanların fəaliyyətində də göstərir. Rayon inkişaf edir, Şəkinin, kəndlərimizin siması aydan-aya, ildən-ilə dəyişir, daha abad və yaraşıqlı olur.

Bizi məmnun edən bir də odur ki, rayonumuza qonaq gələnlərin hamısı xoş təəssüratla ayrılırlar. Yaşından, peşəsindən asılı olmayaraq, onların hər biri tezliklə yenə də Şəkiyə gələcəklərini söyləyirlər. Bunun özünün də mənası var: bizi sevir, əməyimizi qiymətləndirirlər.

 

Seyid VAHABOV,

Şəki