Alternative content

08:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzdakı park-bulvar əhalinin sevimli istirahət yeridir
Tovuzdakı park-bulvar əhalinin sevimli istirahət yeridir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 12.06.2016

 

Yaz günəşi torpağa hərarət verdikcə insanlar istirahət üçün səfalı məkanlara üz tuturlar. Belə yerlərdən biri Tovuz çayı ətrafında salınmış park-bulvar kompleksidir. İndi, demək olar, hər gün bu istirahət mərkəzi sakinlərlə dolu olur. Gərgin iş günündən sonra park-bulvar ərazisinə gəlir, istirahət edirlər. Bura veteranların da sevimli istirahət yeridir. Biz kompleksdəki süni gölün seyrinə çıxır, yaşıllıqlarla əhatə olunmuş idman qurğularından istifadə edirik.

Bu yaxınlarda gölə gətirilmiş qu quşları bulvara xüsusi gözəllik verib. İstirahətə gələn böyüklü-kiçikli hər kəs böyük maraqla onları seyr edir. Xüsusilə azyaşlı uşaqlar bu quşlara baxmaqdan doymurlar.

 

Ənvər MƏMMƏDOV,

Tovuz rayon sakini, əmək veteranı