12 Iyun 2016 12:06
777
Oxucu məktubları
A- A+

Kəndimizə təbii qaz verildi

 

Kəndimiz Neftçala rayonunun ən ucqar yaşayış məntəqələrindəndir. Uzun illər yol və təbii qaz sarıdan korluq çəkmişik. Rahat yolu, təbii qazı və digər şəraiti olan kəndləri görəndə ürəyimizdə öz-özümüzə: “Görəsən, haçansa bizim də belə şəraitimiz olacaq?”- deyə xiffət edirdik. Nəhayət, arzuladığımız həmin gün gəlib çatdı. Bir neçə il bundan qabaq kəndimizə rahat asfalt yol çəkildi. Yolun açılışı zamanı yaxın illərdə kəndə qaz da çəkiləcəyinə söz verildi. Artıq bir neçə gündür ki, kəndimizdəki 210 evin hər birində mavi alov şölələnir. Bu xeyirxah işdə əməyi olan hər kəsə duaçıyıq. Göstərilən diqqət və qayğı kəndimizin əhalisini daha yaxşı işləməyə, daha çox kənd təsərrüfatı məhsulları istehsal etməyə ruhlandırmışdır.

 

Solmaz BƏŞİROVA,

Neftçala rayonunun Xəzərkənd kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video