Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:32 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arzumuz reallaşır
Arzumuz reallaşır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 12.06.2016

 

Yaşadığım Ərməki kəndi Qubanın təbiət gözəllikləri ilə zəngin ərazisindəndir. Bu səbəbdən qonaqlarımız çox olur. Vaxtaşırı, əsasən də yay aylarında kənd küçələrində onlarca turistlə rastlaşmaq mümkündür.

Son illər kəndimizdə xeyli iş görülsə də, tam orta məktəb yararsız binada fəaliyyət göstərib. Bundan həm müəllim, həm də şagird kollektivi əziyyət çəkib. Şübhəsiz, bu, təhsilin keyfiyyətinə də mənfi təsir göstərib. 

Nəhayət, kənddə yeni məktəb tikilməsinə qərar verilib. Təhsil Nazirliyinin sifarişi ilə ötən ilin əvvəllərindən yeni məktəbin  tikintisinə başlanılıb. Layihəyə əsasən, məktəb ikimərtəbəli, 132 şagird yerlik olacaq. Burada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq: idman və akt zalları, kitabxana, fizika və kimya laboratoriyaları, kompüter otaqları şagirdlərin dərsləri keyfiyyətlə mənimsəməsinə xidmət edəcək.

Tikinti sürətlə davam  edir. İnşaatçılar növbəti tədris ilinə qədər məktəbi təhvil verəcəklərinə əmindirlər. Biz də o günü səbirsizliklə gözləyirik.

 

Məzahir MƏMMƏDOV,

Quba


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM